“41-in kontorunun adamları bu pulu ödəsin” – Almaniya səfirinə təhqirə görə Valeri Koçiaşviliyə 1000 lari cərimə yazılıb

Batumi Məhkəməsi Almaniya səfirinə təhqirə görə Valeri Koçiaşvilini cərimələyib.

Batumi Şəhər Məhkəməsinin hakimi Salix Şainidze Almaniya səfirinə qarşı təhqiramiz ifadələr işlətmiş keçmiş hərbçi və özünü "üçüncü qüvvənin nümayəndəsi" adlandıran Valeri Koçiaşvilini 1000 lari məbləğində cərimələyib.



Polis hadisə ilə bağlı məhkəməyə 23 may tarixində müraciət edib. Valeri Koçiaşviliyə qarşı xırda xuliqanlıq ittihamı irəli sürülmüşdü (İnzibati Xətalar Məcəlləsinin

166-cı maddəsinin birinci hissəsi).

Cərimə ilə bağlı Koçiaşvili TikTok sosial şəbəkəsində video yayımlayaraq bildirib ki, izləyiciləri ona cərimə məbləğini ödəməyi təklif edirlər, lakin buna ehtiyac olmadığını düşünür. Bununla belə, məhkəmənin qərarını ədalətsiz adlandırır və hakim partiyaya — “Gürcü Arzusu”-na müraciət edərək, cəriməni onların ödəməsini tələb edir.

Bu nə deməkdir, susmalıyam? Bu 1000 larini 41-ə bir şəkildə ödəyərəm (yəni “Gürcü Arzusu”nun partiya nömrəsi) büdcəni doldurarıq. Gəlsin, indi 41-in kontorunun adamları gəlib bu pulu ödəsin. Bir dəfə də olsun presedent yaradın, belə olmaz. Bu, gözəl hərəkət deyil. Mən sadəcə, ölkəni satmışlara və casuslara qarşı etirazımı bildirdim. Deməli, susmalıyam? Danışmamalıyam? Qarşıma çıxan nadürüstlərə heç nə deməməliyəm? Və analarını söyməməliyəm? Onlara hörmətləmi yanaşmalıyam?! Bu, ədalətsizlikdir,” – deyə Koçiaşvili videoda bildirir.

18 mayda Almaniyanın səfirinə qarşı Koçiaşvilinin təhqiramiz ifadələr işlətdiyi anın görüntüsü — məhz Koçiaşvilinin sosial şəbəkədə paylaşdığı video — hökumətyönlü kanallar tərəfindən səfirlik hadisəni təsdiqləməzdən öncə yayımlanmışdı. Səfir Batumidə “Batumelebi” və “Netqazet”in təsisçisi, jurnalist Mzia Amağlobeli ilə bağlı məhkəmə prosesində iştirak etmək üçün Avstriyalı Avropa Parlamenti üzvü ilə birlikdə şəhərə gəlmişdi.

Hadisəyə Almaniyanın Gürcüstandakı səfiri də münasibət bildirib və bunu “çox qeyri-gürcü davranışı” adlandırıb.

Bu açıqlamadan öncə səfirlik hadisənin baş verdiyini təsdiqləmiş və qeyd etmişdi ki, Peter Fişerə qarşı insident zamanı ərazidə polis olmayıb.

Səfirlik təsadüfən hadisəyə şahid olan və səfirə, öz şəhərlərinin qonağı kimi, dəstək göstərən gürcülərə təşəkkür edir. Ətrafdakı şəxslər Valeri Koçiaşviliyə etdiyi nalayiq hərəkətlə bağlı irad bildirəndən sonra o, hadisə yerini tez tərk edib. Hadisə zamanı polis orada olmayıb,” – deyə səfirlik 20 mayda mediaya məlumat verib.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze isə Almaniya səfirinə qarşı təhqiri “narahatlıq” olaraq qiymətləndirib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google