Məktəb bufetləri və şagirdlərin daşınması xidmətləri ƏDV-dən azad edildi

Gürcüstan Maliyyə Nazirinin 2025-ci il 30 may tarixli qərarına əsasən, məktəb bufetləri, kafeteryalar

və şagirdlərin nəqliyyatla təmin olunması xidmətləri üçün Əlavə Dəyər Vergisi (ƏDV) güzəşti tətbiq olunub.

Vergi güzəştləri əvvəl də təhsil sahəsinə şamil olunurdu, lakin yalnız birbaşa tədris fəaliyyətinə – yəni təhsil xidmətinin göstərilməsinə aid idi. Yeni qərarla bu güzəşt təhsil müəssisəsinin əsas fəaliyyətini dəstəkləyən xidmətlərə də yayılıb.

Bu isə o deməkdir ki:

Məktəblərdə şagirdlər üçün yemək xidməti (bufet, kafeterya);

Şagirdlərin məktəbə gətirilib-aparılması üçün nəqliyyat xidməti

əgər bu xidmətlər məktəbin özü və ya onun adından göstərilirsə, onlar artıq ƏDV-dən azad olacaq.

BDO audit şirkətinin hüquqi açıqlamasına görə, bu cür xidmətlər tədris prosesini birbaşa dəstəklədiyi üçün "yardımçı xidmətlər" kimi qiymətləndirilir və buna görə də vergi güzəştləri onlara da şamil edilir.

Bu qərar nəticəsində məktəblər yemək və nəqliyyat xidmətlərini daha rahat təşkil edə biləcək, bu isə həm məktəblər, həm də valideynlər üçün maliyyə baxımından yüngülləşmə yaradacaq.

 

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: Gürcüstan
FaceBook Twitter Google