İsrailin İrana hücumu açıq-aşkar təxribatdır – Rəcəb Tayyib Ərdoğan
“İsrailin qonşumuz İran əleyhinə həyata keçirdiyi hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bu, açıq-aşkar təxribatdır,” – bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə platforması X-də yayımladığı bəyanatda qeyd edib.

Ərdoğanın sözlərinə görə, bu hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların getdiyi və Qəzza zolağındakı əməliyyatlara qarşı beynəlxalq təzyiqlərin artdığı bir zamanda həyata keçirilir ki, bu da İsrailin qaydalara məhəl qoymayan düşüncə tərzindən xəbər verir.

“Netanyahunun administrasiyası öz aqressiv, qanunsuz və məsuliyyətsiz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət İsrailin bu banditizminə son qoymalıdır. Çünki bu siyasət həm regional, həm də qlobal sabitlik üçün ciddi təhlükə yaradır,” – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə Yaxın Şərqdə daha qan tökülməsini, dağıntı və münaqişə görmək istəmir.

“Türkiyə qonşumuz İran əleyhinə həyata keçirilmiş bu dəhşətli hücumları qətiyyətlə pisləyir, İranın dost və qardaş xalqına başsağlığı verir,”
– deyə o, bəyanatında qeyd edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google