İsrailin hücumları müharibə elanıdır – İranın xarici işlər naziri
İranın xarici işlər naziri Abbas Əraqçi BMT-yə göndərdiyi məktubda bəyan edib ki, İsrailin İran ərazisinə endirdiyi hava zərbələri “müharibə elanıdır”.

Nazirin sözlərinə görə, bu hücumlar İranın suverenliyinin kobud şəkildə pozulmasıdır. O, BMT Təhlükəsizlik Şurasını vəziyyətə “dərhal müdaxilə etməyə” çağırıb.

Xatırladaq ki, İsrail İran ərazisində yerləşən bir neçə nüvə və hərbi obyektə hava zərbəsi endirib. İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata əsasən, bu əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/IRGC) baş komandanı və Fövqəladə Hallar Komandanlığının rəhbəri həlak olub.

Eyni zamanda, İran rəsmiləri təsdiqləyiblər ki, İsrailin hücumu nəticəsində ölkənin nüvə proqramı üzərində çalışan azı altı alim həyatını itirib.

İsrailin hava hücumlarına cavab olaraq İran İsrail istiqamətinə təxminən 100 pilotsuz uçuş aparatı (PUA) göndərib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google