Nino Tsilosani valideynlərinə 250 000 lari hədiyyə edib – 100 000 dollar və 70 000 lari isə nağd şəkildə saxlayır
“Gürcü Arzusu”nun deputatı Nino Tsilosani 2024-cü ildə əldə etdiyi gəlirlər və xərclər barədə əmlak bəyannaməsini təqdim edib. Sənədə əsasən, o, Tbilisidə və regionlarda bir neçə daşınmaz əmlak obyektinə sahibdir.

Deputatın mülkiyyətinə daxildir:
  • Tbilisidə, Mosaşvili küçəsində yerləşən 162 kvadratmetrlik ticarət sahəsi,
  • Dadiani küçəsində yerləşən 83 kvadratmetrlik qeyri-yaşayış sahəsi,
  • Kvişxeti küçəsində 182 kvadratmetr sahəsi olan başqa bir qeyri-yaşayış obyekt,
  • Tamaraşvili küçəsində 225 kvadratmetrlik mənzil,
  • Zaldastanişvili küçəsində yerləşən 190 kvadratmetrlik yaşayış evi,
  • Urekidə 409 kvadratmetrlik torpaq sahəsi.
Bəyannamədə qeyd olunur ki, Tsilosani ötən il 95 000 ABŞ dollarına Land Rover Defender markalı avtomobil alıb. Onun bank hesablarında 73 000 dollar və 25 000 lari, nağd şəkildə isə 100 000 ABŞ dolları və 70 000 lari saxladığı qeyd edilib.

Deputat həmçinin bir sıra yerli və xarici şirkətlərdə pay sahibidir:
  • ALMITRANS s.r.o. (Çexiya) – 25%,
  • US Trading Company (ABŞ) – 25%,
  • “Mkurnali 2022” MMC (Gürcüstan) – 52% (buradan 2024-cü ildə əldə etdiyi gəlir 70 886,78 lari),
  • En-Duo Konsept” MMC – 23%,
  • “En-Duo Qrupi” MMC – 10%.
Bəyannamədə həmçinin digər gəlir və xərclər də qeyd olunub:
  • İcarə müqavilələri əsasında əldə olunan ümumi gəlir – 228 888 lari,
  • Övladının təhsil haqqı – 15 646,93 lari,
Hədiyyələr:
  • Valideynlərə – 250 000 lari,
  • Uşaqlara – 46 850 ABŞ dolları və 15 820 funt-sterlinq,
  • Səfər xərcləri – Portuqaliya, ABŞ və Gürcüstan daxilində ümumilikdə təxminən 19 000 lari.
Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google