ISSA sorğusu: Əhalinin 54,5%-i müxalifətin bələdiyyə seçkilərində iştirakını dəstəkləyir

Sosial Tədqiqat və Təhlil İnstitutunun (ISSA) araşdırmasına əsasən, Gürcüstanda əhalinin 54,5%-i müxalifət partiyalarının 2025-ci ildə keçiriləcək yerli

seçkilərdə iştirakını dəstəkləyir.

Müsahiblərə verilən “Müxalifət partiyaları 2025-ci il bələdiyyə seçkilərində iştirak etməlidirmi?” sualına cavablar belə bölünüb:

Bəli – 54,4%

Xeyr – 22,3%

Bilmirəm / Cavab verməkdən imtina edirəm – 23,2%


Araşdırma göstərir ki, rəqəmlər Tbilisi ilə regionlar arasında fərqlidir. Tbilisidə müxalifətin seçkilərdə iştirakını 50% dəstəkləyir, qalan 50% isə ya əleyhinədir, ya da cavab verməkdən imtina edir. Regionlarda isə 56,4% müsahiblər iştirakın tərəfdarıdır.

Siyasi baxışlara görə bölgü:
Tədqiqatda qeyd olunur ki, seçkilərdə iştirak etməyə ən çox hazır olanlar “Gürcü Arzusu”-nun tərəfdarlarıdır – onların 60%-i iştirak etməyə hazır olduqlarını bildiriblər. Ən aşağı iştirak hazırlığı isə “Dəyişikliklər üçün Koalisiya”-nın seçiciləri arasında müşahidə olunur – cəmi 33%.

Yerli seçkilərin vaxtı ilə bağlı ictimai mövqelər də bölünür:

Əhalinin 36%-i hesab edir ki, bələdiyyə seçkiləri Parlament seçkiləri ilə birlikdə keçirilməlidir.

39%-i isə bu seçkilərin Parlament seçkilərindən ayrıca keçirilməsini dəstəkləyir.

Tbilisidə müsahiblərin 46%-I bələdiyyə və Parlament seçkilərinin birgə keçirilməsinin tərəfdarıdır. Regionlarda isə əksinə – 40% yerli seçkilərin ayrıca keçirilməsini dəstəkləyir.

Seçkilərin ədalətli keçirilməsi ilə bağlı ictimai rəy də bölünür:

Seçkilərin ədalətli olacağını düşünənlər – 42,5%

Əksini düşünənlər – 42%

Partiyaların reytinqi (Bölmə metodu ilə):

Gürcü Arzusu – 35,2%

Dəyişikliklər naminə Koalisiya – 16,9%

Vahid Milli Hərəkat – 14,6%

Lelo – Güclü Gürcüstan – 13,4%

Qaxaria Gürcüstan naminə – 12,4%

ISSA-nın rəhbəri İaqo Kaçkaçişvilinin şərhi:
“Tbilisidə müxalifətin qələbə qazanması üçün bir neçə vacib şərt mövcuddur. Əgər bu şərtlər yerinə yetirilməsə, müxalifətin uğur qazanması çətin, bəlkə də mümkünsüz olacaq. Ən vacibi isə – müxalifətin seçkilərdə iştiraka dair ortaq və razılaşdırılmış mövqeyidir. Hazırda vəziyyət belədir: bir hissə iştirak edir, digərləri isə yox. Bu isə “Gürcü Arzusu”nun məğlubiyyət perspektivinə ciddi zərbə vurur.

Bundan əlavə, vahid müxalifət namizədi olmalı, həmçinin majoritar namizədlər üzrə də koordinasiya olmalıdır – yəni, partiyalar bir-birinin seçicilərindən dəstək almalıdırlar”, – deyə Kaçkaçişvili qeyd edib.

Sorğu 2025-ci il 5–20 may tarixlərində Sosial Tədqiqat və Təhlil İnstitutu (ISSA) tərəfindən, ABŞ-ın “Rosner Research” təşkilatı ilə əməkdaşlıqda həyata keçirilib. İctimai rəy sorğusu birbaşa müsahibə metodu ilə aparılıb və müsahibədə 2000 respondent iştirak edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyə və mer seçkiləri 2025-ci il 4 oktyabr tarixində keçiriləcək.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google