Marneuli Bələdiyyə Məclisi meriyanın Gender Bərabərliyi Şurasının
adını dəyişdirərək Qadın və Uşaq Məsələləri üzrə Şura adını verib.
Bu məsələ ilə bağlı səsvermə Marneuli Bələdiyyə Məclisinin bu gün,
16 iyun tarixində keçirilən iclasında baş tutub.
Məsələni Bələdiyyə Məclisi Aparatının Qadın və Kişi Bərabərliyi,
İnnovasiyalar və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri İa Esebua
müzakirəyə çıxarıb. Məlumata görə, “gender” sözünün çıxarılması
qanunvericilik dəyişikliklərinə görə vacib olub.
“Bugünkü iclasda biz Gender Bərabərliyi Şurasının adını
dəyişdik. Şura “Qadın və Uşaq Məsələləri üzrə Şura” oldu. Real
olaraq, funksiyalar artıb. Çünki əvvəlki vəziyyətdə biz qadın və
kişi məsələləri ilə bağlı işləyirdik, indi isə uşaq məsələləri üzrə
işimiz əlavə olundu. Şura üzvlərinin sayını da müəyyən etdik, bu da
qanunla nəzərdə tutulub. Şuranın tərkibi ən az 7 nəfərdən, ən çox
21 nəfərdən ibarət olmalıdır. Bu şuranın qərarına əsasən, Bələdiyyə
Məclisi komissiyasının üzvləri, fraksiya nümayəndələri və qadın,
uşaq məsələləri ilə bağlı iş prosesinə qoşulmuş adamlar şurada
çalışa bilərlər”.
İa Esebuanın sözlərinə görə, hələlik şura rəhbərinin kimliyi məlum
deyil. Onun seçilməsi şura toplaşdıqdan sonra mümkün olacaq.
“Gender” sözü bir ay əvvəl Bələdiyyə Məclisi Aparatı şöbəsindən
çıxarılıb. “Gender Məsələləri və Qeyri-Hökumət Sektoru ilə Əlaqələr
Departamenti” artıq “Qadın və Kişi Bərabərliyi, İnnovasiyalar və
Beynəlxalq Əlaqələr Departamenti” adlandırılıb.
“Gürcü Arzusu” Parlamenti 2025-ci ilin martında “gender” termininin
qanunvericilikdən çıxarılmasını dəstəkləyib. “Gürcü Arzusu”
Parlamentində qanun layihəsinin müəllifləri və təşəbbüskarları
“Gürcü Arzusu”, onlardan ayrılmış müxalif “Xalqın Gücü”
partiyasının deputatları olub. Qanunvericilikdə edilən dəyişikliyə
əsasən, Gürcüstan qanunvericiliyindən “gender” termini çıxarılıb və
“qadınlar və kişilər arasında bərabərlik” ifadəsi ilə əvəz
edilib.
Gender sosial və mədəni amillərlə müəyyən edilir, qadın və
kişilərin sosial cəhətdən öyrənilmiş davranışları, xüsusiyyətləri
və münasibətləri toplusuna aiddir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415