Tika Ruxadze nazir təyin olunmazdan bir gün əvvəl 8 100 avroluq çanta alıb – bəyannamə
"Gürcü Arzusu" hökumətinin mədəniyyət naziri Tika Ruxadzenin bahalı çantaları və zinət əşyaları var. Onların bir hissəsini miras olaraq alıb, digərlərini isə özü satın alıb. O, 2024-cü ildə mədəniyyət naziri təyin olunub və müvafiq əmlak bəyannaməsini ilk dəfə 2024-cü il 17 oktyabrda təqdim edib.

Bəyannamələrin yerləşdirildiyi rəsmi portal təxminən altı ay ərzində fəaliyyət göstərmirdi. Antikorrupsiya Bürosu bu problemi “texniki nasazlıq” adlandırırdı. Portalın fəaliyyəti yalnız "Gürcü Arzusu" hökumətinin baş naziri İrakli Kobaxidze ilə aparılan kommunikasiya fonunda bərpa olundu.

Tika Ruxadze mədəniyyət naziri vəzifəsinə 2024-cü il 18 oktyabrda təyin olunub. Elə bundan bir gün əvvəl – 17 oktyabrda o, 8 100 avro dəyərində çanta alıb. O, həmçinin ötən il 5 995 avro dəyərində başqa bir bahalı çanta da əldə edib.

Nazirin bəyannaməsinə əsasən, o, miras yolu ilə iki ədəd brilyant qaşlı qızıl üzük və bir qızıl boyunbağı alıb. Bu zinət əşyalarının hər birinin dəyəri 10 000 laridən çoxdur.

Tika Ruxadzenin bəyanatından çıxarış

Nazir Tbilisidə iki mənzilə sahibdir. Onlardan biri şəhərin mərkəzində, Paliaşvili küçəsində yerləşir və 135 kv.m sahəyə malikdir. Ruxadze bu evi 2024-cü ildə 300 000 ABŞ dollarına alıb. Digər mənzil isə Vaja Pşavela prospektində yerləşir və o, bu mülkiyyəti 2010-cu ildən bəri sahibdir – dəyəri 100 000 laridir.

Tika Ruxadzenin bəyanatından çıxarış

2024-cü il 1 dekabr tarixinə onun bank hesablarında 130 000 ABŞ dollarından çox vəsait olub.

Tika Ruxadzenin bəyanatından çıxarış

Bundan əlavə, Ruxadzenin 60 000 lari və 50 000 dollar həcmində nağd pulu da var.

Tika Ruxadzenin bəyanatından çıxarış

Qanunvericiliyə əsasən, vəzifəli şəxslər bəyannamədə əvvəlki – 2023-cü ilin gəlirlərini də qeyd etməlidirlər. Bəyannamədən məlum olur ki, Tika Ruxadze 2023-cü ildə “Gənclər Sarayı”nın direktoru vəzifəsi ilə yanaşı, “Biznes Konsaltinq Şirkəti” və “Tikhart” MMC-lərdə müşavir kimi çalışıb və bu fəaliyyətlərindən ümumilikdə 400 000 laridən çox gəlir əldə edib.

Tika Ruxadzenin bəyanatından çıxarış


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google