30 iyun tarixində Gürcüstanın Təhsil, Elm və Gənclər naziri
Aleksandre Tsuladze şəxsi qərarı ilə vəzifəsindən getdiyini bəyan
edib.
Onun sözlərinə görə, nazir vəzifəsində olduğu dövrdə təhsilin bütün
pillələrində keyfiyyətin artırılmasına yönəlmiş bir sıra vacib
təşəbbüslər həyata keçirilib:
“Nazirliyin əməkdaşları ilə birlikdə təhsilin bütün
səviyyələrində keyfiyyətin yüksəldilməsi istiqamətində bir sıra
mühüm təşəbbüslər irəli sürdük. Həmçinin bir neçə innovativ layihə
üzərində işləməyə başladıq. İnanıram ki, yeni nazir həmin
layihələrin uğurla başa çatdırılmasını təmin edəcək”,
– deyə bəyanatda bildirilir.
Tsuladze Təhsil Nazirliyinin əməkdaşlarına, baş nazirə,
həmkarlarına və hökumət komandasına təşəkkürünü bildirib:
“Təhsil Nazirliyində çalışan hər bir əməkdaşa təşəkkür
edirəm – onlar təhsil sisteminin inkişafı və ölkənin daha yaxşı
gələcəyi naminə fədakarlıqla çalışırlar. Həmçinin Gürcüstanın baş
nazirinə, həmkarlarıma və hökumət komandasına minnətdarlığımı
bildirirəm – onlarla birlikdə ölkəmizin xeyrinə çalışmaq imkanı
əldə etdim.”
Aleksandre Tsuladze 2024-cü ildə təhsil naziri vəzifəsinə təyin
olunmuşdu. Onu bu vəzifədə kimin əvəz edəcəyi hələlik məlum
deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415