Çin və Gürcüstan arasında uçuşların tezliyi artıb, yeni
aviareyslərin əlavə olunması mümkündür.
Çin və Gürcüstan arasında uçuşların tezliyinin artması və yeni avia
marşrutların əlavə olunması mümkündür. Bu barədə Gürcüstanın
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı məlumatda
bildirilir.
Nazirliyin məlumatına görə, İqtisadiyyat və davamlı inkişaf
nazirinin müavini İrakli Nadareişvili Çin Xalq Respublikasının
Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətinə Çin Mülki Aviasiya Administrasiyası direktorunun
müavini Xan Zun rəhbərlik edib.
Nazirliyin yaydığı məlumata əsasən, görüşdə Çin və Gürcüstan
arasında mülki aviasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi
məsələləri müzakirə olunub. Xüsus
ilə uçuşların tezliyinin
artırılması və yeni avia marşrutların açılması imkanları müzakirə
edilib.
Nazir müavini İrakli Nadareişvili bildirib ki, Çinlə strateji
tərəfdaşlıq iki ölkə arasında iqtisadi əməkdaşlığa, o cümlədən
mülki aviasiya kimi sahələrə müsbət təsir göstərir. Onun sözlərinə
görə, bu sahədə həm uçuşların sayı, həm də sərnişin axını
artır.
“Biz mülki aviasiya sahəsində Çinlə əlaqələrin daha da
genişlənməsində maraqlıyıq. Həm Çin, həm də Gürcüstan
aviaşirkətləri ölkələr arasında aviasiya bazarlarının inkişafında
və fəaliyyətin genişləndirilməsində artan maraq göstərirlər.
Ölkələr arasında vizasız rejimin tətbiqi sərnişin axınının
artmasına ciddi təsir göstərib,” – deyə İrakli
Nadareişvili qeyd edib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə qeyd olunub ki,
2024-cü ildə iki ölkə arasında hava nəqliyyatı ilə 57 184 sərnişin
daşınıb ki, bu da 2023-cü illə müqayisədə 45% artım deməkdir. Bu
ilin ilk beş ayının göstəricilərinə əsasən, Gürcüstan və Çin
arasında 29 212 sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 91% artım təşkil edir.
Məlumat üçün qeyd edək ki, hazırda Çin və Gürcüstan arasında
müntəzəm sərnişin reyslərini China Southern Airlines və Air China
həyata keçirir. Bu reyslər Urumçi–Tbilisi–Urumçi marşrutu üzrə
həftədə 10 dəfə yerinə yetirilir.