ABŞ dövlət katibi Marko Rubio Kuala-Lumpurda keçirilən ASEAN
ölkələrinin regional təhlükəsizlik forumu çərçivəsində Rusiya
xarici işlər naziri Sergey Lavrovla görüşüb.
İnformasiya agentliklərinin xəbərinə görə, tərəflər arasında görüş
50 dəqiqə davam edib. Görüş zamanı müzakirə olunan mövzular
arasında Rusiyanın Ukraynada apardığı müharibə, İran və Suriya
ətrafındakı vəziyyət, eləcə də iki ölkənin diplomatik
nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması ilə bağlı
məsələlər
yer alıb.
Moskva Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası məsələsini
də qaldırıb.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki,
Lavrov və Rubio
"münaqişələrin dinc yolla həllinə,
Rusiya-Amerika iqtisadi və humanitar əməkdaşlığının bərpasına,
həmçinin iki ölkənin cəmiyyətləri arasında azad təmasların
təşviqinə qarşılıqlı marağı təsdiqləyiblər".
"Reuters"in məlumatına görə, Rubio Lavrovla görüşündə Rusiyanın
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsindəki
mövqeyində çevikliyin olmamasından məyusluğunu ifadə edib. Onun
sözlərinə görə, ABŞ bu münaqişənin başa çatdırılması üçün "yol
xəritəsi" görmək istəyir. O, Lavrovla söhbətini "açıq və vacib"
adlandırıb.
Rubio həmçinin deyib ki, Lavrov ona Ukraynada müharibənin sona
çatdırılması ilə bağlı əvvəl səsləndirilməmiş yeni təkliflər barədə
də məlumat verib.
"Düşünürəm ki, bu, yeni və fərqli bir yanaşmadır... Mən
bunu sülhə zəmanət verən adlandırmazdım, lakin bu, bizim prezidentə
çatdıracağımız konsepsiyadır", - Rubio vurğulayıb.
ABŞ dövlət katibi bu təkliflərlə bağlı hər hansı detalı
açıqlamayıb.
Malayziyadan sonra Lavrov Rusiyanın davamlı olaraq hərbi
əməkdaşlığını gücləndirdiyi Şimali Koreyaya səfər edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415