ABŞ prezidenti Donald Tramp bu ilin yanvarında vəzifəyə qayıtdıqdan
sonra ilk dəfə olaraq prezident səlahiyyətindən yararlanaraq Kiyevə
silah göndərəcək.
Prezident Trampın müvafiq planı ilə tanış olan iki mənbə bu barədə
"Reuters"ə bildirib. Eks-prezident Co Bayden bu səlahiyyətdən
tez-tez istifadə edib.
Trampın bu addımı onun Ukraynanın müdafiəsində maraqlı olduğuna
işarədir.
Mənbələr bildirib ki, Trampın komandası Prezidentin Silahların
Təcili
Çıxarılması Səlahiyyəti (Presidential Drawdown Authority)
əsasında Ukraynaya göndərilmək üçün ABŞ-nin mövcud silah
ehtiyatlarından uyğun silah və sursatları seçəcək. Mənbələrdən biri
bu silahların dəyərinin 300 milyon dollar ola biləcəyini qeyd
edib.
Bu həftənin əvvəlində prezident Tramp deyib ki, ABŞ Rusiyanın
güclənən hücumlarından müdafiə olunmaq üçün Ukraynaya daha çox
silah göndərəcək.
Mənbələr bildiriblər ki, hərbi yardım paketinə "Patriot" raketləri
və ortamənzilli hücum raketləri daxil ola bilər, lakin dəqiq hansı
silah-sursatın göndəriləcəyi ilə bağlı hələ qərar verilməyib.
İndiyədək Tramp administrasiyası Ukraynaya yalnız keçmiş prezident
Co Bayden tərəfindən təsdiqlənmiş silahları göndərib. Prezidentin
adıçəkilən səlahiyyəti ona fövqəladə vəziyyətlərdə müttəfiqlərə
yardım məqsədilə ABŞ-nin silah ehtiyatlarından birbaşa istifadə
etməyə imkan verir.
Pentaqon və Ağ ev məsələ ilə bağlı sorğuya dərhal cavab
verməyib.
Prezident Trampın Ukraynanın müdafiəsinə dair mövqeyi isə indiyə
qədər qeyri-sabit olub. O, bəzən ABŞ-nin Ukraynaya hərbi yardımını
tənqid edib və Rusiya haqqında müsbət danışıb, lakin, eyni zamanda,
bəzən Kiyevə dəstəyini ifadə edib və Kremlə qarşı sərt tənqidlər
səsləndirib.
Vaşinqtonun ABŞ prezidentinin müvafiq səlahiyyəti çərçivəsində
Ukrayna üçün hələ 3.86 milyard dollar dəyərində yardımı qalır. Bu
mexanizm üzrə son yardım yanvarın 9-da prezident Bayden tərəfindən
elan edilmiş 500 milyon dollarlıq paket olub.
Ukraynanın əsas prioritetləri arasında isə "Patriot" sistemləri və
GMLRS mobil reaktiv artilleriya sistemləri yer alır və bu silahlar
yeni yardım paketinə daxil edilə bilər. Bu silahların Avropada
yerləşdirilmiş ehtiyatlardan götürülməsi sayəsində onların bir neçə
gün ərzində cəbhə bölgəsinə çatdırılması mümkündür.
ABŞ Konqresi Rusiyanın tammiqyaslı işğalından sonra keçən 3 il
yarım ərzində Ukrayna və müttəfiq dövlətlərə 175 milyard dollar
yardım və hərbi yardımı təsdiqləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415