"Gürcü Arzusu" Tbilisidə hökumət şəhəri inşa etməyi
planlaşdırır.
4 avqust tarixində "Gürcü Arzusu"nun baş naziri İrakli Kobaxidze
sərəncam imzalayıb. Sərəncama əsasən, Bələdiyyə İnkişaf Fondu
hökumət şəhərinin tikintisi üçün lazım olan ətraflı layihə-smeta
sənədlərinin (o cümlədən, şəhərsalma sənədlərinin) hazırlanmasına
dair xidmətin satın alınmasını təmin etməlidir.
Hökumət şəhərinin inşası ideyası ilk dəfə 2017-ci ildə "Gürcü
Arzusu" hakimiyyəti tərəfindən
səsləndirilmişdi. O vaxtkı baş nazir
Qiorqi Kvirikaşvili bildirmişdi ki, bu şəhər Ortaçala rayonunda
salınacaq və orada demək olar ki, bütün nazirliklər (vahid
istisnalardan başqa) bir yerə toplanacaq.
Hazırda Ortaçalada artıq Maliyyə, Ədliyyə və Daxili İşlər
nazirlikləri, eləcə də bir sıra digər dövlət qurumları yerləşir.
Həmçinin burada “Gürcü Arzusu”nun yeni mərkəzi qərargahı da
fəaliyyət göstərir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415