Bakı və Yerevan ATƏT-in Minsk Prosesinin və ona bağlı strukturların
ləğvinə dair birgə bəyanatı və təklif olunan qərar layihəsini
ATƏT-in üzv dövlətlərinə göndərib.
Azərbaycan XİN bildirir ki, avqustun 11-də ATƏT Nazirlər Şurasının
bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri
arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi
prosedurları dəstəkləməyə çağrılıblar.
Avqustun 8-də Ermənistan
və Azərbaycanın xarici işlər nazirləri
Vaşinqtonda Minsk Prosesi üzrə ATƏT-in və ona bağlı strukturların
ləğvi ilə bağlı birgə bəyanat imzalayıblar.
ATƏT bu bəyannamənin imzalanmasını alqışlayıb.
Avqustun 8-də ABŞ prezidenti Donald Tramp Ağ evdə Ermənistan və
Azərbaycan liderləri ilə birgə bəyannamə imzalayıb. Bu sənəd sülh
sazişi deyil, amma iki ölkə arasında sülh sazişinin
yekunlaşdırılması və ratifikasiya olunmasının vacibliyini
təsdiqləyir; ATƏT-in Minsk qrupu buraxılması barədə razılıq əldə
edilib; Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan
eksklavına çıxışını təmin edəcək əsas tranzit dəhlizi yaradılır və
"Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu" adlandırılır.
1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM
- sonradan ATƏT- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
adını aldı) Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll
edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul
edib. 1994 həmsədrlik institutu təsis edildi. ABŞ, Rusiya və Fransa
həmsədr ölkələr oldular.
Bu qurum 2020-ci ilə qədər aktiv şəkildə vasitəçiliklə çıxış
edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415