İşıq sönməməlidir – 22 müstəqil onlayn medianın birgə kampaniyası
Repressiv rejim müstəqil onlayn medianı yox olmaqla hədələyir. Məhz bu real təhlükəni göstərmək üçün “Marneuli” radiosu və daha 21 müstəqil medianın vebsaytı müvəqqəti olaraq söndürüldü.
Simvolik dayandırma “İşıq sönməməlidir” kampaniyasından əvvəl baş tutdu. Kampaniyanın məqsədi müstəqil medianı müdafiə etmək üçün dəstəkçiləri birləşdirməkdir. Bu məqsədlə vahid platforma yaradılıb və buradan 22 mediaya eyni hesab nömrəsinə köçürmə etməklə

dəstək göstərmək mümkündür.

“Gürcü Arzusu” tərəfindən qəbul edilmiş repressiv qanunlar səbəbindən media qurumları qərb tərəfdaşlarından maliyyə almaq imkanını itiriblər ki, bu da çox vaxt müstəqil medianın əsas gəlir mənbəyidir.

Məhz qərb tərəfdaşlarının dəstəyi ilə “Marneuli” radiosu komandası marneulililərə və Gürcüstanın qeyri-gürcüdilli əhalisinə dövlət qurumları ilə ünsiyyət və məlumat almaqda kömək edən mövzular üzərində işləyə bilib.



Kampaniya belə bir sual qoyur: İşıq sönəndə nə baş verir? – Azad səs kəsiləndə və cəmiyyət qərəzsiz məlumat ala bilməyəndə. İşığın sönməsi ilə birlikdə həqiqət də sönür. Kampaniyanın məqsədi oxucuya:
• Müstəqil onlayn medianın birliyi,
• Repressiyalar fonunda onların yox olmaq təhlükəsi,
• Və işığın qorunmasında hər kəsin rolunu göstərməkdir.

Kampaniyanın rəsmi vebsaytı: https://sinatle.media/
Hesab nömrələri:

GE76TB7548536080100013
GE70BG0000000609775306


Onlayn medialar:

Batumelebi
Netgazeti
Publika
Indigo
Kartlis Ambebi
Guria News
Samxretis Karibche
Chai Khana
Info Imereti
Studia Monitori
Kutaisipost
OC Media
Radio Marneuli
Adjara Times
Ai Facti
Proekti 64
Mediachecker
Chemi Xaraqauli
Aprili
Guriis Moambe
TOK2Region
Jnews


სინათლე არ უნდა ჩაქრეს
Print ელ. ფოსტა
თეგები: media
FaceBook Twitter Google