Məktəb mövsümünün yaxınlaşması ilə yanaşı Marneuli bazarı yenə də
ən məşhur və əlçatan ticarət məkanlarından biri olaraq qalır.

Burada gündəlik və məktəb geyimlərinin böyük seçimi ilə qarşılaşa
bilərsiniz. Qiymətlər isə nisbətən ucuzdur. Alıcılar belə
qiymətləndirir və deyirlər ki, Tbilisi ilə müqayisədə Marneuli
bazarında daha qənaətli alış-veriş edirlər.
“Dünən qiymətlərlə maraqlandım və Tbilisidə baxdım, 3 uşağım var və
hesabladım ki, hər birinə yalnız geyimə 400 lari kifayət etmir.
Təsəvvür edin yalnız birinci gün məktəbə geyinəcəkləri geyimdən
söhbət gedir. Marneuli bazarında nisbətən ucuzdur. Ən az 5 lari
fərq var və bu da mənim üçün önəmlidir. Düşünürəm ki, üç uşağı tam
hazırlamağa 1500 laridən çox pul xərcləyəcəm” – valideyn
deyir.

“Marneuli” radiosu bazarda geyim və çantaların qiyməti ilə
maraqlandı. Ləvazimatların dəyəri keyfiyyətindən asılıdır, ancaq
Marneuli bazarının qiymətləri ilə 1 uşağın geyimi təxminən 300
lariyə başa gəlir.
- Kofta, köynək – 30 laridən 50 lariyə qədər;
- Donlar – 20 laridən 70 lariyə qədər;
- Şalvar – 30 laridən 50 lariyə qədər;
- Ayaqqabılar – 40 laridən 80 lariyə qədər;
- Çantalar – 30 laridən 70 lariyə qədər;
- Pencək – 40-60 lariyə qədər.

Bu məbləğ yalnız geyimi əhatə edir. Məktəb ləvazimatlarının ümumi
siyahısına xırdalıqlar, dəftərxana ləvazimatları daxil deyil. Əgər
bunu da nəzərəa alsaq bir uşağın hazırlığı təxminən 300 lari
artacaq. Belə çıxır ki, 1 uşağın məktəbə hazırlanması valideynə 700
lariyə qədər, yaxud daha artıq məbləğə başa gəlir. Ancaq bu imkan
və alınacaq ehtiyaclardan da asılıdır.
Gürcüstan miqyasında ictimai məktəblərdə 2025-2026-ci tədris ili 15
sentybr tarixində başlayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.