Bakıda 'Sonsuz qardaşlıq – IV' təlimi keçirilir
Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi keçirilir.

Bu barədə bu gün, sentyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Sentyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin açılış mərasimində iştirak edib.

"Birgə təlimin əsas məqsədinin dost, müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda

birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb",
- məlumatda vurğulanıb.

Bundan əvvəl, ötən il sentyabrın 10-da Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq – III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrinin təlimi keçirilmişdi. Həmin təlimə də sözügedən altı ölkədən xüsusi təyinatlılar qatılmışdı.

Xatırlatma
Azərbaycanda bir sıra müxalif partiyalar isə ölkənin, əsasən, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlığı gücləndirməsini vacib sayırlar. Hakimiyyət rəsmiləri də NATO ilə əməkdaşlığın vacibliyini inkar etməsələr də, onlar bu qurma üzvlüyün qarşıda məqsəd kimi olmadığını açıqlayıblar.

Müxalif qüvvələrinə görə, bu siyasət Rusiyanı qıcıqlandırmaq istəməmək və gerçək islahatlara hazır olmamaqdan irəli gəlir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google