Batumi-də qadınları tanışlıq tətbiqi vasitəsilə aldadaraq pullarını ələ keçirən məşhur dələduz saxlanılıb

Batumi hava limanında hüquq-mühafizə orqanları 35 yaşlı israilli məşhur dələduz Simon Levievi saxlayıblar.

O, Netflix-in 2022-ci ildə yayımlanan sənədli filmi “Tinder Swindler”in əsas fiqurudur. Məlumatı The Jerusalem Post yayıb.

Xəbərlərdə bildirilir ki, Levievin saxlanılma səbəbi hələlik məlum deyil, buna onun vəkilləri də aydınlıq gətirə bilmirlər. Vəkili İsrail mediasına açıqlamasında deyib: “Onunla bu gün səhər danışdım,

amma səbəbi hələ də bilmirik. İndiyədək sərbəst şəkildə bütün dünyada səyahət edirdi.”

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Leviev İnterpolun qırmızı axtarış siyahısında olub və o, Batumi hava limanında saxlanılıb.

Simon Leviev kimdir?


Simon Leviev beynəlxalq miqyasda 2022-ci ildə Netflix tərəfindən çəkilən “Tinder Swindler” (“Tinder dələduzu”) adlı sənədli film vasitəsilə tanınıb. O, tanışlıq tətbiqi Tinder üzərindən qadınlarla əlaqə quraraq özünü məşhur brilyant maqnatı Lev Levievin varisi kimi təqdim edirdi.

Qadınların etibarını qazandıqdan sonra müxtəlif fırıldaq sxemləri ilə onlardan böyük məbləğlərdə pul qoparırdı.

Onun fəaliyyətinin nəticəsində çoxlu qadın ciddi maliyyə itkisinə uğrayıb, Simon Leviev isə beynəlxalq mediada ən qalmaqallı dələduzlardan biri kimi tanınıb.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google