Xoştaria Kaladzenin banerinə 570 lari ziyan vurub – prokurorluq

Prokurorluğun məlumatına görə, “Droa” partiyasının lideri Elene Xoştarianın Kaxa Kaladzenin seçki banerini zədələməsi 570 lari dəyərində zərərə səbəb olub.



Prokurorluq başqasının əmlakını qəsdən zədələmək faktına görə Elene Xoştariyaya ittihamı bu gün, 16 sentyabrda irəli sürüb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqın nəticələrinə görə, cari ilin 14 sentyabr tarixində Tbilisidə təqsirləndirilən şəxs siyasi partiya ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ seçki qərargahına yerləşdirilmiş üç baneri qəsdən zədələyib, bu isə 570 lari dəyərində maddi zərərə səbəb olub.

Hüquq-mühafizə orqanları Elene Xoştariyanı 15 sentyabrda saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə (başqasının əmlakını zədələmək, bu isə əhəmiyyətli zərərə səbəb olub) ittiham irəli sürülüb, bu isə bir ildən beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”,

– prokurorluğun açıqlamasında bildirilib.

Prokurorluq hələ Elene Xoştariyanın qətimkan tədbiri olaraq həbs olunmasını tələb edib-etməyəcəyini açıqlamayıb. Qurumun məlumatına görə, qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə qanunda müəyyən edilmiş müddətdə müraciət ediləcək.



Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google