Prokurorluq pul yuyulması işi üzrə saxlanılan Kaxa Kotoraşvili
barəsində qətimkan tədbiri kimi həbsin seçilməsini tələb edir.
“B
iz mürəkkəb cinayət sxemi ilə üz-üzəyik. Misilsiz
miqdarda pul yuyulub,” — deyə prokuror Zıniko Kobaxia
bildirib.
İttiham tərəfinin sözlərinə görə, söhbət xüsusilə böyük məbləğdə
əsaslandırılmamış vəsaitin — 60 milyardadək rus rublunun —
toplanmasından və Azərbaycandan gətirilməsindən gedir.
Prokurorluq qeyd
edir ki, söhbət qrup halında törədilmiş cinayətdən
gedir və işin digər figurantı kimi Eldar Hüseynovun adını
çəkir.
Xatırladaq ki, dünən, sentyabrın 16-da prokurorluq açıqlama yayaraq
bildirmişdi ki, 2022–2024-cü illərdə xüsusilə böyük məbləğdə – 624
milyon ABŞ dolları və 35 milyon avro həcmində qanunsuz gəlirin
leqallaşdırılması faktı aşkarlanıb və bu səbəbdən bir nəfər
saxlanılıb. Lakin prokurorluq saxlanılan şəxsin ad və soyadının baş
hərflərini açıqlamayıb və buna görə də həmin vaxt onun kimliyi
məlum deyildi.
Prokurorluğun açıqlamasında qeyd olunub ki, pul yuyulması ittihamı
ilə saxlanılan şəxs ictimaiyyət üçün tanınmış şəxs deyil.
“Yüksək ictimai marağı nəzərə alaraq, hazırda yalnız onu deyə
bilərik ki, saxlanılan şəxs ictimaiyyətdə tanınmış şəxs deyil”, –
deyə prokurorluq bildirib.
“TV Pirveli”nin məlumatına görə, böyük məbləğdə pul yuyulması
ittihamı ilə saxlanılan şəxs “Fini” şirkətinin direktoru Kaxa
Kotoraşvilidir.
Telekanalın məlumatına əsasən, istintaq Kaxa Kotoraşvilidən ona pul
yuyulmasını tapşıran şəxslərin adlarını açıqlamasını tələb
edir.
“Formula”ya Kaxa Kotoraşvilinin atası təsdiqləyib ki, oğlunu dünən
saxlayıblar, lakin səbəbini bilmir.
“Biz işin mahiyyətindən xəbərsizik. Bəli, [valyutadəyişmə
köşkü var]. Mən nə deyim sizə?
Elə bilinir ki, 625 milyonum var? ” – deyə Kaxa Kotoraşvilinin
atası bildirib.
Onun sözlərinə görə, böyük məbləğdə pulun götürülməsi barədə
məlumatı yoxdur.
“Evdə gəlmişdilər, amma bizdə pul yox idi, nəyi aparacaqdılar ki?
Oradan [iş yerindən] götürüblərsə, bilmirəm. Gəldilər, evi
axtardılar, bir sənəd tapdılar və onu apardılar. İş yerindən
saxladılar”, – deyə Kaxa Kotoraşvilinin atası bildirib.