Fiziologiya və tibb üzrə Nobel mükafatı immunologiya sahəsində
aparılan tədqiqatlara görə verilib.
Mükafatın qalibləri oktyabrın 6-da elan olunub.
Mükafatı ABŞ və Yaponiyadan olan üç alim – Meri Brunkou, Fred
Remsdell və Şimon Sakaquçi alıblar. Onlar periferik immun
tolerantlığı ilə bağlı tədqiqatlarına görə təltif olunublar.
Nobel Komitəsinin sədri Olle Kempe bildirib ki, onların kəşfləri
immun sisteminin
necə işlədiyini, niyə hamıda ciddi autoimmun
xəstəliklərin inkişaf etmədiyini anlamaqda həlledici rol
oynayıb.
1980-ci illərin əvvəllərində Sakaquçi müəyyən növ T-limfositlərin
digər immun hüceyrələrinin fəaliyyətini üstələyərək siçanları
autoimmun reaksiyalardan qoruya bildiyini aşkarlayıb.
Daha sonra Brunkou və Remsdellin ABŞ-də apardığı tədqiqatlar bu
müşahidələri təsdiqləyib, həmin hüceyrələrin fəaliyyət mexanizmini
və periferik immun tolerantlığın qorunmasındakı rolunu müəyyən
edib.
Bu kəşflər müasir immunoterapiyanın əsasını qoyub. Bu terapiya
tənzimləyici T-limfositlərin istifadəsinə yönəlib. Bu, hazırda tibb
sahəsində sürətlə inkişaf edir, autoimmun xəstəliklərə qarşı yeni
dərmanların yaradılmasına, transplantasiya olunan orqanların rədd
edilmə riskinin azaldılmasına kömək edir.
Bu həftə Nobel mükafatlarının laureatları açıqlanır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.