ABŞ prezidenti Donald Tramp oktyabrın 7-də deyib ki, Ukraynaya
"Tomahawk" raketlərinin tədarükü ilə bağlı "müəyyən mənada" qərar
verib.
Amma öncə Ukraynanın onlarla nə edəcəyini bilmək istəyir.
"Onları haraya göndərəcəklər? Bu sualı vermək
istəyirəm", – Tramp Ağ evdə jurnalistlərə cavabında
söyləyib.
O, eskalasiya istəmədiyini, müharibənin bitməsini tələb etdiyini
bir daha vurğulayıb.
Raketlərlə bağlı nə vaxt yekun qərar
verəcəyi haqda heç nə
deməyib.
ABŞ mediası administrasiyadakı mənbələrə istinadən bildirmişdi ki,
Ukrayna prezidenti Volodimir Zelenski Trampla Nyu-Yorkdakı son
görüşündə ondan 2 min 500 kilometrədək uçuş məsafəsi olan
"Tomahawk" raketlərinin mümkün tədarükünü istəyib. Zelenski bunu
dolayı yolla təsdiqləyərək deyib ki, Ukraynanın ehtiyacları barədə
Trampa siyahı təqdim edib.
Son vaxtlar ABŞ Ukraynaya silahı birbaşa tədarük etmir, silahlar
NATO ölkələrinə satılır, onlar vasitəsilə Ukraynaya göndərilir.
"Tomahawk" raketlərinin tədarükünün necə təşkil edilə biləcəyi,
digər detallar dəqiq bəlli deyil. ABŞ ordusunun arsenalında,
əsasən, dənizdən, özəlliklə sualtı qayıqlardan atılan raketlər
var.
Rusiya prezidenti Vladimir Putin daha öncə bildirib ki, "Tomahawk"
raketlərinin Ukraynaya tədarükü müharibənin gedişatını
dəyişməyəcək, amma bu, ABŞ ilə Rusiya arasında əlaqələrin
dağılmasına gətirər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.