“Marşrut dəyişmir” – Tbilisi–Rustavi maqistral yolunun qalan hissəsi haradan keçəcək və tikinti nə vaxt başlanacaq?
Tbilisi–Rustavi maqistral yolunun qalan hissəsinə dair ekoloji qiymətləndirmə sənədinin (skoping) nəticələri sentyabrın əvvəlində etibarsız elan edilib.

“Müxtəlif inkişaf fondundan” “BusinessPressNews”a verilən məlumata görə, sənədin ləğv edilməsinə səbəb layihə üzrə yolun tikintisi və modernləşdirilməsi planında edilmiş dəyişikliklər olub.

Məlumat üçün bildirək ki, bu yolun ilkin layihəsinə əsasən, marşrut Ponicala ərazisindən keçməli idi, lakin yerli sakinlərin etirazı fonunda

layihə 2019-cu ildə dayandırılıb.

Yeni marşrut üzrə isə — hansı ki, onunla bağlı ekoloji qiymətləndirmə sənədi ləğv edilib — yol Ponicalanın yanından keçməli idi. Bələdiyyə İnkişaf Fondu “BusinessPressNews”a bildirib ki, “skoping hesabatında nəzərdə tutulan marşrut dəyişmir.”


Qurumun məlumatına əsasən, Tbilisi–Rustavi maqistral yolunun ikinci hissəsi üzrə “layihələndirmə və smeta sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir.”

Vaxt cədvəli ilə bağlı verilən açıqlamada qeyd olunur ki, yolun tikintisinə 2026-cı ilin əvvəlində başlanması planlaşdırılır və işlərin icra müddəti 36 ay olaraq müəyyən edilib.

Xatırladaq ki, Tbilisi–Rustavi maqistral yolunun bu layihəsi Tbilisi–Qırmızı Körpü (Azərbaycan sərhədi) yolunun bir hissəsini təşkil edir. Layihə bir neçə lota bölünüb. Qeyd edilən Ponicala–Rustavi hissəsi yolun ikinci mərhələsidir.

Eyni zamanda bildirilib ki, Tbilisi–Rustavi maqistralının ümumi uzunluğu 17 kilometrdir, onun 13,5 kilometrlik hissəsindən nəqliyyat vasitələri artıq 2018-ci ildən istifadə edir.

Bundan əlavə, Tbilisi–Qırmızı Körpü avtomobil yolunun daha bir hissəsinin tikintisi üçün Bələdiyyə İnkişaf Fondu ötən ilin iyun ayında tender elan edib. Söhbət Ponicaladan keçəcək 3 kilometrlik yoldan gedir. Müqavilə “Kocks Consult Georgia” şirkəti ilə bağlanıb. Şirkət işləri 3 milyon 165 min lari məbləğində həyata keçirəcək və müqavilə 2028-ci ilin sonunadək qüvvədə olacaq.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google