Tbilisidə narkotiklə bağlı cinayətlərə görə 7 nəfər saxlanılıb – çoxlu miqdarda müxtəlif növ narkotik vasitələr ələ keçirilib
Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti, Tbilisi Polis Departamenti, eləcə də İsani-Samqori, Köhnə Tbilisi, Vake-Saburtalo, Qldani-Nadzaladevi və Didube-Çuğureti baş idarələrinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində narkotik cinayətlərdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Qanunvericiliyə əsasən, bu cinayətlər 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Saxlanılan şəxslər xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi

və saxlanılması, narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və becərilməsi, eləcə də narkotik satışına şərait yaratmaqda ittiham olunurlar. Onlardan bəziləri Gürcüstan vətəndaşları, bəziləri isə əcnəbilərdir: 2005-ci il təvəllüdlü Q.A., 1982-ci il təvəllüdlü R.Ş., 1995-ci il təvəllüdlü M.K., əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü C.D., eləcə də əcnəbi vətəndaşlar – 2002-ci il təvəllüdlü A.N., 1993-cü il təvəllüdlü S.B. və 1986-cı il təvəllüdlü R.E.

Polis əməkdaşları saxlanılanların üzərinə və yaşadıqları evlərə baxış zamanı, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi ünvanlardan, sübut kimi satış üçün nəzərdə tutulmuş çoxlu miqdarda narkotik vasitə aşkarlayıb. Onların arasında qurudulmuş marixuana, metadon, alfa-PVP və kannabis bitkisi olub.

Əməliyyat tədbirləri nəticəsində, həmçinin narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar, yapışqan lentlər, polietilen torbalar və elektron tərəzi də ələ keçirilib.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı, 260¹ və 265¹-ci maddələri ilə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google