Acarıstan polisi dələduzluq ittihamı ilə iki nəfəri saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin
Batumi Şəhər İdarəsinin əməkdaşları keçmişdə məhkum olunmuş iki
şəxsi – 1988-ci il təvəllüdlü Q.Z. və 2000-ci il təvəllüdlü B.X.-ni
dələduzluq ittihamı ilə həbs ediblər.
Cinayətə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən
biri –
Q.Z., aldatma yolu ilə 1986-cı il təvəllüdlü E.C. adlı vətəndaşa
məxsus iki avtomobili ələ keçirib. O, zərərçəkənə avtomobillərin
pulunu hissə-hissə ödəyəcəyinə söz verib, lakin razılaşmanı yerinə
yetirməyib. Bu hərəkət nəticəsində E.C.-yə 30 167 lari məbləğində
maddi zərər dəyib. Bundan əlavə, istintaqla müəyyən olunub ki, Q.Z.
başqa bir vətəndaşın da pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaqın məlumatına görə, digər təqsirləndirilən şəxs – B.X. bir
müəssisəyə məxsus təxminən 50 min lari dəyərində ət məhsullarını
qanunsuz olaraq mənimsəyib.
Faktlarla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci
maddəsi (dələduzluq) üzrə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.