Gürcüstan universitetləri tələbələrini hansı ölkələrə göndərirlər?

2024-2025-ci tədris ilində Gürcüstan universitetlərindən xaricə göndərilən tələbələrin sayı 30% artıb.

Statistika Xidmətinin məlumatına görə, əgər 2023-2024-cü tədris ilində ali təhsil müəssisələri xaricə 879 tələbə göndərmişdisə, 2024-2025-ci tədris ilində bu rəqəm 1 149 nəfərə çatıb. (Qeyd: Bu göstəriciyə yalnız artıq Gürcüstanda təhsil alan və universitetlər tərəfindən xaricə göndərilən tələbələr daxildir.)

Ən böyük artım (55%) özəl ali

təhsil müəssisələrindədir: əvvəlki tədris ilində 259 tələbə xaricə göndərilmişdisə, 2024-2025-ci il üçün bu rəqəm 401 nəfər olub. Dövlət universitetlərindən isə 2024-2025-ci il üçün 748 tələbə xaricə göndərilib, əvvəlki il isə 620 nəfər olub (artım 20,6%).

Ölkələr üzrə, həm özəl, həm də dövlət universitetləri üçün lider Avropa İttifaqı ölkələridir. Konkret olaraq, 2024-2025-ci tədris ilində Gürcüstan universitetlərindən (özəl və dövlət birlikdə) ən çox tələbə göndərilən 10 ölkə belədir:

  • Almaniya – 172 tələbə
  • İtaliya – 107 tələbə
  • Polşa – 102 tələbə
  • Fransa – 101 tələbə
  • Çexiya – 63 tələbə
  • Türkiyə – 63 tələbə
  • Avstriya – 52 tələbə
  • Litva – 42 tələbə
  • Bolqarıstan – 26 tələbə
  • Slovakiya – 21 tələbə

Bundan əlavə, Statistika Xidmətinin məlumatına görə, keçən tədris ilində ABŞ-a 16 tələbə, Rusiya Federasiyasına isə 4 tələbə göndərilib. Qeyd etmək lazımdır ki, onların hamısı dövlət universitetlərindən göndərilib.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google