Marneuli yerli özünüidarə orqanı Yeni il yolkasının
işıqlandırılması tədbirinin təşkili üçün tender elan edib.
Marneuli meriyasının elanına əsasən, tədbir 2025-ci ilin dekabr
ayının ikinci yarısında keçiriləcək.
Tender sənədində qeyd olunur ki, tədbirin aparıcıları gürcü və
Azərbaycan dillərini mükəmməl bilən 35–40 yaşlı qadın və 30–40
yaşlı kişi olmalıdır. Təklifdə həmçinin musiqiçilərlə bağlı
tələblər də yer alıb.
“Musiqi qrupu ən azı 5 musiqiçidən və 1 solistdən
ibarət olmalıdır. Yaş həddi – ən azı 25 yaş. Qrup orijinal mahnılar
ifa etməlidir. Repertuara bir neçə ingilis dilində mahnı daxil
edilməsi məqsədəuyğundur (repertuar sifarişçi ilə
razılaşdırılmalıdır). Proqramın müddəti ən azı 60 dəqiqə olmalı,
bütün mahnılar canlı ifa edilməlidir.”
Marneuli tamaşaçıları qarşısında çıxış etmək üçün ən azı 10 illik
səhnə təcrübəsinə malik, gürcü və xarici mahnılar ifa edən qadın və
kişi dueti də təqdim olunmalıdır.
Tender təklifinə əsasən, yolkanın işıqlandırılması tədbiri müxtəlif
növ bəzək əşyaları və attraksionlarla zənginləşdiriləcək.
Marneuli meriyası 2026-cı il üçün yolka ağacının işıqlandırılması
tədbirinin təşkili xidmətlərini 78 191 lariyə almağı planlaşdırır.
Bələdiyyə tenderi oktyabrın 16-da elan edib. Tenderdə iştirak etmək
istəyən şirkətlər 24–27 oktyabr tarixlərində müraciət edə
bilərlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.