“ABŞ və Ermənistan Zəngəzur – “Tramp marşrutu” layihəsinin məzmunu üzərində işləməyə başlayıblar” – Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, ABŞ-la birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adlı tranzit dəhliz layihəsi üzərində iş aparılır. Bu barədə “Armenpress” məlumat yayıb.

Paşinyanın bildirdiyinə görə, hazırda “Tramp marşrutu” layihəsinin məzmunu hazırlanır:

“Hazırda layihənin məzmununun formalaşdırılması üzərində işləyirik. Masada bir neçə komponent var və onlar yekun sənəd şəklində tərtib olunmalıdır. Bu,

istənilən böyük layihə üçün normal iş prosesi sayılır”.

O bir daha vurğulayıb ki, bu təşəbbüs Vaşinqtonun sülh bəyannaməsində əks olunmuş prinsiplərə – ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığına əsaslanır.

“Bu bəyannamədə göstərilən çərçivədən kənara çıxan heç bir qərar qəbul edilə bilməz. Hər iki tərəf mümkün qədər tez hərəkət etməyin zəruriliyini bölüşür,” – deyə baş nazir əlavə edib.
Onun sözlərinə görə, prosesin dinamikasına müəyyən dərəcədə beynəlxalq hadisələr də təsir göstərir:

“8 avqustda Vaşinqtonda ABŞ-la razılığa gəldik. Sonra Ukrayna və Yaxın Şərq ətrafında gərgin vəziyyət yarandı, bu proseslərdə prezident Tramp və onun administrasiyası birbaşa iştirak edir. Elə həmin insanlar, eyni komanda bu layihə üzərində də işləyir. Bu reallıq, şübhəsiz, prosesin sürətinə təsir göstərir,”
– deyib Paşinyan.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli barədə birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan ABŞ-a 99 illik eksklüziv uzunmüddətli hüquqlar verir ki, bu da Ermənistan qanunvericiliyi çərçivəsində həmin marşrutun inkişafını təmin etməyə yönəlib. Bu marşrut vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqə qura biləcək. ABŞ tərəfi infrastruktur və idarəetməyə cavabdeh olacaq konsorsiuma bu ərazini icarəyə verməyi planlaşdırır.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya işləri bürosunun məlumatına görə, “Zəngəzur” və ya “Tramp dəhlizi” layihəsinin maliyyələşdirilməsi üçün ilkin mərhələdə Ermənistan 145 milyon dollar məbləğində yardım alacaq.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google