“Gənclər xaricdə attestatla təhsil almaq imkanından məhrum olurlar – sinifləri ləğv etməməliyik, sistemi dəyişməliyik ki, məktəb keyfiyyətli təhsil versin”, - təhsil eksperti
“Gənclər dövlət məktəbinin attestatı ilə xaricdə təhsil almaq imkanından məhrum edilirlər,” – təhsil eksperti Şalva Tabatadze hökumətin elan etdiyi təhsil islahatını belə qiymətləndirib. Bu islahat çərçivəsində məktəblərin 12 illik sistemdən 11 illik tədrisə keçidi nəzərdə tutulur.

Tabatadze açıqlamasında bildirib ki, 12 illik təhsil sistemi Amerika və Avropa təhsil modelləri ilə uyğun idi. Buna görə də, yalnız

istedadı ilə Avropa universitetlərinə daxil olan gənclər bu imkandan məhrum olacaqlar.

Onun sözlərinə görə, bundan sonra xaricdə təhsil yalnız maddi imkanı olan ailələrin övladları üçün əlçatan olacaq:

“12-ci sinif formal məsələ deyil. O, şagirdin məktəbi bitirdikdən sonra – o cümlədən ali təhsil müəssisələrinə qəbul üçün – zəruri bilik və kompetensiyaları qazanması üçün lazımdır. Avropanın bəzi ölkələrində təhsil 13 illikdir. Bu, insanın həyata daha yaxşı hazırlaşması üçündür.

Digər tərəfdən, Gürcüstan artıq beynəlxalq, o cümlədən Avropa təhsil məkanının bir hissəsidir və bu məkanın tələblərindən biri də 12 illik təhsil idi. ABŞ və Avropada da ümumi təhsil 12 illikdir və əgər biz onların bir hissəsi olmaq istəyiriksə – yalnız formal deyil, həm də məzmun və yaş uyğunluğu baxımından – bunu təmin etməliyik.

Cəmiyyətdə 12-ci sinfin “artıq” olduğu təsəvvürü qəbul imtahanı sistemindən qaynaqlanır. Hazırda abituriyentlər yalnız 3-4 fənnə fokuslanırlar və məktəbin öz funksiyası itib. Buna görə də düşünülür ki, 12-ci sinif heç nə qazandırmır. Amma bu yanaşma ilə bir neçə ildən sonra 11-ci sinfi də ləğv etmək ideyası ortaya çıxacaq. Əslində, sinifləri yox, sistemi dəyişmək lazımdır ki, məktəb həm keyfiyyətli təhsil versin, həm də gənci ali təhsilə, həyata və Avropa məkanına hazırlasın.”


Tabatadzenin sözlərinə görə, hökumətin elan etdiyi islahat Gürcüstanı beynəlxalq standartlardan və Avropa təhsil məkanından uzaqlaşdırır:

“Bəlkə də əhalinin çoxu xaricdə təhsillə maraqlanmır, amma bu qərarla biz insanlardan Amerika və Avropa təhsili almaq imkanını alırıq. Əgər əvvəllər 12-ci sinfi bitirənlər xarici universitetlərə tam təqaüdlə qəbul olunurdularsa, indi bu qərar həmin ölkələrin tələblərinə uyğun deyil.

Baş nazir dünən dedi ki, kim istəyirsə 12-ci sinfi oxumaq üçün Avropaya getsin. Bu, yalnız imkanlı ailələrin problemi olmayacaq. Dövlət məktəblərində oxuyan və yalnız istedadı sayəsində xaricdə təhsil almaq hüququ qazanan gənclər indi bu imkandan məhrum olacaqlar.

Ümumilikdə, elan olunan islahat bizi beynəlxalq standartlardan və Avropa təhsil məkanından uzaqlaşdırır. Bəli, bəziləri yenə də Avropa standartlarına uyğun təhsil ala biləcəklər, amma bu yalnız maliyyə imkanı olan azsaylı şəxslər üçün mümkün olacaq,”
– deyə Şalva Tabatadze bildirib.

Xatırladaq ki, təhsil islahatının konsepsiyasının təqdimatı 16 oktyabrda keçirilib. Baş nazir İrakli Kobaxidze bir sıra dəyişikliklərdən danışıb – o cümlədən, məktəblərin 11 illik sistemə qayıtması, bakalavr proqramının 3, magistraturanın isə 1 illik olması təklif edilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google