İrakli Pavlenişvili: “Kollektiv İvanişvili və onun bandası korrupsiyaya bulaşmışdı – hər bir ‘Gürcü Arzusu’ üzvünün aqibəti belə olacaq”
“Məlum oldu ki, illər boyu ‘Vahid Milli Hərəkat’ və digər müxalifət nümayəndələri haqlı idilər – kollektiv İvanişvili və onun bandası korrupsiyaya bulaşmışdı, müxtəlif cinayətlərdə iştirak edirdi. Sadəcə, klanlararası mübarizə başlayanda bunların hamısı üzə çıxdı,” – bunu “Vahid Milli Hərəkat”ın üzvü İrakli Pavlenişvili Baş Prokurorluğun məlumatına münasibət bildirərkən deyib.

Məlumatda qeyd olunur ki, İrakli Qaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze

və onlarla əlaqəli ümumilikdə 8 nəfərin evlərində və mənzillərində axtarış aparılıb.

Pavlenişvili hesab edir ki, “Gürcü Arzusu”nun bütün üzvləri gələcəkdə eyni aqibəti yaşayacaq:

“Bir daha aydın oldu ki, illər boyu ‘Vahid Milli Hərəkat’ və digər müxalifət təmsilçiləri düz deyirdilər – kollektiv İvanişvili və onun bandası korrupsiyalaşmışdı, müxtəlif cinayətlərdə iştirak edirdi. Sadəcə, klanlararası savaş başlayanda, biz illərdir açıq danışdığımız və rəsmi qurumlara müraciət etdiyimiz faktlar üzə çıxdı. Bu, avtoritarizmin bu mərhələsində baş verən daxili klan qarşıdurmasının nəticəsidir. Təəssüf ki, bu, onların taleyidir – hər bir ‘gürcü arzusu’ üzvünün aqibəti belə olur. Bu, kommunist dövründəki kimi avtoritar rejimdir – bir klan qalib gələndə, digəri tamamilə batır və məhv olur,” – deyə Pavlenişvili bildirib.

Xatırladaq ki, Baş prokuror Qiorqi Qvarakidzenin sözlərinə görə, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvilinin, sabiq baş prokuror Otar Partsxaladzenin və onlarla əlaqəli 8 nəfərin evlərində və mənzillərində axtarış aparılıb.

Qvarakidzenin sözlərinə görə, müxtəlif elektron cihazlar, sənədlər və böyük miqdarda pul müsadirə edilib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google