Saidazam Rahmonovu ailəsi sonuncu dəfə oktyabrın əvvəlində Düşənbə
Beynəlxalq Hava Limanında görüb.
Bir həftədən sonra Tacikistanın təhlükəsizlik xidməti əməkdaşları
29 yaşlı gəncin meyitini ailəsinə təhvil veriblər. Meyitin üzərində
döyülmə, elektroşok izləri olub, sümükləri sınıb.
Rahmonovun ailə üzvləri və dostları bu haqda AzadlıqRadiosuna
danışıblar. Onlar təqiblərdən çəkindiklərindən adlarını
açıqlamayıblar.
Rahmonov 2019-cu ildən Almaniyada yaşayıb, Tacikistana vizasını
yeniləməyə gəlib. Oktyabrın 6-da Düşənbə aeroportundan Moskvaya
uçmaq istəyəndə onu saxlayıblar.
Ailəsinə yaxın mənbələrə görə, dindar müsəlman olan Rahmonovu
dindirənlər onu dini ekstremizmdə, terror aktı planlaşdırmaqda
ittiham olunub.
Ailəsi danışır ki, Rahmonov Almaniyada evlənib, heç bir dini,
siyasi partiyanın və ya qrupun üzvü olmayıb. Sakit həyat tərzi
sürür, Almaniyanın kiçik bir şəhərində oteldə işləyirmiş.
Tacikistan prezidenti Emomali Rahmon hakimiyyəti islamyönlü siyasi
və dini qrupları sıxışdırır, saqqal saxlayanlar təqiblə
üzləşir.
Tacikistan Orta Asiyanın ən yoxsul ölkəsidir. Son illər islam
ekstremizmi ilə mübarizə aparır. Amma tənqidçilərin fikrincə,
hakimiyyət radikallaşmanın səbəblərini aradan qaldırmaq əvəzinə
islam adətlərini sərtliklə məhdudlaşdırır.
Rahmonovun ölümü ilə Tacikistanın istintaq təcridxanalarında
sistematik işgəncələr və pis rəftar halları yenidən gündəmə
gəlib.
Hüquq müdafiəçiləri bu barədə xəbərdarlıqlar səsləndirirdilər.
"Sakit həyat"
Rahmonovun ailəsi onun Moskvaya çatmadığını görəndə narahat olub.
O, Rusiya paytaxtında dostunun toyunda iştirak edib Düşənbəyə
qayıtmalı idi.
İyunda Rahmonov Almaniyada vizasını uzatmaq üçün gərəkən sənədləri
əldə etmək üçün Tacikistana gəlmişdi. Bu proses aylarla çəkə
bilərdi.
"Düşənbədəki qohumları polisə, təhlükəsizlik
xidmətlərinə, digər dövlət orqanlarına müraciət ediblər, amma heç
bir cavab ala bilməyiblər", – bunu Rahmonovun dostu
deyib.
"Aeroportda təhlükəsizlik əməkdaşları onun gur
saqqalından şübhələniblər, təhlükəsizlik otağına aparıb mobil
telefonunu yoxlayıblar. Telefonunda dini məzmunlu bir neçə video
tapıblar", – dostu əlavə edib.
Ailəyə yaxın mənbələrə görə, Rahmonov saxlanılanda təhlükəsizlik
xidmətinin əməkdaşları onun Düşənbədəki evində reyd keçirib, ailə
üzvlərini sorğu-suala tutublar.
"Təhlükəsizlik xidmətləri ailəyə bildiriblər ki,
Rahmonov ekstremistdir, terrorçularla əlaqəsi olub, Tacikistanda
terror aktı planlaşdırıb", – yenə ailəyə yaxın mənbə
bildirib.
Oktyabrın 13-də Rahmonovun cəsədi ailəyə təhvil verilib, onun
saxlanarkən intihar etdiyi bildirilib. Ailəsi bu versiyanı rədd
edir.
AzadlıqRadiosu məsələ ilə bağlı Tacikistanda rəsmi orqanlara sorğu
göndərib, amma cavab almayıb.
Rahmonovun həyat yoldaşı AzadlıqRadiosuna deyib ki, cütlük
Almaniyanın qərbindəki Frankenberq şəhərində sakit həyat
sürürdü.
Qadın danışır ki, Rahmonov Almaniya immiqrasiya orqanlarına
Tacikistana səfər edərsə, təhlükəsizlik riski ilə üzləşəcəyini
deyibmiş. Amma Almaniya rəsmiləri onun vizasını yalnız Tacikistanda
uzatmalı olduğunu bildiriblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.