Azərbaycanın Müstəqilliyinin Bərpasının 34 İli tamam olur
Bu gün, oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

Ali Sovet 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Bu gün düz 30 il Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib. Amma bu müddət ərzində Azərbaycanda 18 Oktyabr bayram sayılsa da, 20 ilə yaxındır rəsmi iş günüdür. 1992-2006-cı illərdə bu tarix Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin

tarixlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır.

O zaman 18 Oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı. Müxalifət bunu tənqid etmişdi. Onlar deyirdi ki, mövcud hakimiyyət təmsilçilərinin müstəqilliyin qazanılmasında xidmətləri olmadığından belə qərar veriblər. Amma rəsmi təbliğatda indiki prezident İlham Əliyevin atası-keçmiş prezident Heydər Əliyev (1993-2003-də prezident olub) "müasir Azərbaycan dövlətinin qurucusu" kimi dəyərləndirilir.

Dövlət müstəqilliyi müstəqilliyin bərpası oldu
Dörd il əvvəl isə Azərbaycan Milli Məclisinə "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi təqdim edildi. Həmin layihədə isə Respublika Gününün (28 May) adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (18 oktyabr) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu. Az sonra da layihə parlamentdə qəbul edildi.

Həmin layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri öz narazılıqlarını bildirmişdilər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirdilər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədirdilər.

34 il əvvəl qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google