“Avropa İttifaqının qapısı Gürcüstan üçün nə qədər açıq qalacaq?” — Pavel Herçinskinin cavabı

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Gürcüstanın indi Aİ-yə üzv olmaq üçün malik olduğu şansın itirilməsi tarixi səhv olardı.

O, bunu “Azadlıq Radiosu” jurnalistinin Gürcüstanın Aİ-yə üzvlük perspektivi ilə bağlı sualına cavab olaraq deyib.

Jurnalistin sualı belə olub: “Avropa İttifaqının qapısı Gürcüstan üçün nə qədər müddət açıq olacaq?” və “Gürcüstan o mərhələyə nə qədər

yaxındır ki, “artıq ölkə Aİ-nin genişlənməsində iştirak edə bilməyəcək deyilsin”?”

Pavel Herçinski belə cavab verib:
“[Komissar Koss] Aİ-nin növbəti genişlənməsi kontekstində dörd ölkəni konkret tarixlərlə qeyd etdi. Təəssüf ki, Gürcüstanı həmin mərhələdə qeyd etmədi.
Sualınız belə idi: çoxmu gecdir? Mənim cavabım budur – heç vaxt çox gec deyil.
Mən Gürcüstanda yaşayıb gürcüləri tanıdıqdan sonra əminəm ki, əgər istək varsa, məqsədə çatmaq üçün imkan da olacaq. Bizə indi nə çatmır? – Hazırlıq və istək.
Ümid edirəm ki, Gürcüstanın Aİ-nin növbəti genişlənməsi ilə birgə üzv olması üçün hələ də bir şans qalır. Hətta əgər bu, hazırkı hakimiyyətin götürdüyü istiqamətə görə baş verməsə belə, növbəti genişlənmə sonuncu olmayacaq. Deməli, gələcəkdə də ümid qalacaq.
Biz hamımız bilirik, Gürcüstanın nəsilləri bu mərhələyə çatmaq üçün necə ağır mübarizə aparıblar. Gürcü xalqı Aİ-nin tamhüquqlu üzvü olmaq üçün necə çalışıb.
Bu imkanı itirmək böyük səhv olardı,” –
deyə səfir vurğulayıb.

Xatırladaq ki, 4 noyabrda, Aİ-nin 2025-ci il genişlənmə hesabatı dərc olunub. Hesabatda “Gürcüstandakı vəziyyətin ciddi şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıq” ifadə edilib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib:

“Hazırda Gürcüstan Aİ-yə üzvlük yolunda geriləmə yaşayan – həm də ciddi geriləmə yaşayan – yeganə namizəd ölkədir. Əgər vəziyyət kəskin şəkildə dəyişməsə, Gürcüstanın Aİ-yə aparan real yolu yoxdur. O, hazırda sadəcə nominal namizəd ölkədir.”

Hakim “Gürcü Arzusu” partiyasının liderlərindən və parlament sədri olan Şalva Papuaşvili isə bu hesabatı tənqid edərək bildirib:

“Biz açıq şəkildə bəyan edirik: bu cür ədalətsiz, qərəzli, antidemokratik, ölkəni qütbləşdirməyə yönəlmiş və dağıdıcı münasibət nəticəsində geriləmə varsa, bu, məhz Avropa İttifaqının bu günkü idarəedici institutlarında müşahidə olunur.”

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google