Marneulili Rəna Acalova Forbes-in “30 yaşadək liderlər” siyahısının qalibi olub
Marneulidən olan Rəna Acalova Forbesin 30 yaşadək olan gənclərin Sosial Təsir kateqoriyasının qalibi olub.
Acalova “Lingua” təhsil mərkəzinin həmtəsisçisidir. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu uğur təkcə onun deyil, bütün Lingua komandasının uğurudur.

Forbes 30-a düşmək mənim üçün çox qürurvericidir. Bu təkcə mənim deyil, bütün “Lingua” komandasının uğurudur. Sevinirəm ki, bu siyahıda biz də yer ala bildik. Bizim üçün bu bir stimuldur ki, gəlcəkdə “Lingua”yı daha da böyüdək, daha çox tələbəyə kömək edək, özünü inkişaf etdirmək istəyən gənclərə dəstək olaq. Şagirdlər gələcəkdə nə oxumalıdır, hansı peşəni seçməlidir bu barədə məktəb kifayət qədər məlumat vermir. Biz istəyirdik ki, şagirdlər gürcü dilini yaxşı öyrənsinlər və universitetdə hazırlıq kursunu oxumadan birinci kursa başlasınlar. Bizim tələbələrimizdən bir neçəsi hal-hazırda FLEX təqaüd proqramı ilə ABŞ-dadır. Bəziləri Avropa ölkələrində təhsil alırlar. Bu

bizim üçün həqiqətən sevindirici haldır ki, kimlərinsə həyatında pozitiv dəyişiklik etmişik”.


Rəna onların ilk biznesə başlayanda cəmiyyətdə onlara qarşı olan şübhəni xatırlayır. Onun sözlərinə görə, insanlar onların uğurlu olub-olmayacağına tərəddüdlə yanaşıblar.

Amerikanın sahibkarlıq üzrə proqramında Gürcüstandan iki nəfər seçilmişdi. Onlardan biri də mən idim. Forbes 30 yaşına qədər olan gəncləri seçir və onları mükafatlandırır. Forbesin nominasiyasında 6 kateqoriya var idi. Məni Sosial Təsir kateqoriyası nominasiyasına layiq gördülər. Cəmiyyətə pozitiv təsir göstərdiyimiz üçün “Lingua” olaraq bizi seçdilər. Gənclərin sosial dəyişilik yaratmaq üçün liderlik, komanda ilə işləmək, açıq düşüncəli olmaq və qorxmamaq bacarıqları olmalıdır. Dözümlü olmağı və risk etməyi bacarmalıdırlar”, - Rəna Acalova dedi. 

Forbes Georgia-nın “30 Under 30” layihəsi hər il Gürcüstanda 30 yaşadək ən uğurlu, yenilikçi və cəmiyyətə töhfə verən gəncləri seçib təqdim edən nüfuzlu siyahıdır. Layihənin məqsədi müxtəlif sahələrdə — biznes, texnologiya, sosial təsir, incəsənət, elm və digər sahələrdə fərqlənən gəncləri tanıtmaq, onların uğur hekayələrini geniş auditoriyaya çatdırmaq və yeni nəsli ilhamlandırmaqdır. Namizədlər müraciət edir, onlar arasında seçim aparılır və nəticədə ölkənin ən perspektivli gənclərindən ibarət illik siyahı açıqlanır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google