Marneuli bələdiyyəsinin Şulaver kəndi ərazisində keçirilən aksiyayı
Gürcüstanın 3-cü Prezidenti Mixeil Saakaşvili öz feysbuk
səhifəsində şərh edib.
O, Marneulili fermerlərə öz həmrəyliyini ifadə edib və Tbilisidə
fəaliyyət göstərən müxalifəti Kvemo Kartlinin kəndlərinə getməyə
çağırıb.
“Mən vaxtilə regiondakı etnik azərbaycanlıları
təzyiqlərdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ilə
bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluq həddinə
çatdırıb.
Mən bütün Tbilisi müxalifətini Marneuliyə getməyə, faktları
toplamağa və həmvətənlərimizin yanında durmağa çağırıram.
Studiyalarda oturub mənasız məktublar yazdığınız bəsdir! Bir dəfə
də olsun xalqa xeyriniz dəysin, onların yanında olun və birlik
yaradın!", - Saakaşvili yazır.
Marneuli bələdiyyəsinin Şulaver kəndində yerli fermerlərin etiraz
aksiyası keçirildi, aksiyanın əsas tələbi məhsulun satışı ilə bağlı
problemlərin həll edilməsi idi. Aksiya iştirakçıları Marneuli meri
ilə görüş tələb edirdilər, lakin onun hadisə yerinə gəlməməsi
vəziyyətin gərginləşməsinə səbəb oldu.
Müəyyən mərhələdən sonra etiraz aksiyası iştirakçıları magistral
yolu bağlamağa da cəhd etdilər. Aksiya zamanı hüquq-mühafizə
orqanları əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi
ilə iki nəfəri saxladı, bu da polisin qanuni tələbinə tabe olmamağı
nəzərdə tutur. Daha sonra saxlanılanlar yazılı təsdiqnamə ilə
sərbəst buraxıldılar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.