Marneuli meriyası "Kəndə Dəstək Proqramı" çərçivəsində 12 kənddə
küçə işıqlandırması sisteminin quraşdırılması işləri üçün
lazımi layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın
alınmasına dair müqavilə imzalayıb.
Satınalma çərçivəsində aşağıdakı kəndlərdə küçə işıqlarının
quraşdırılması layihələri hazırlanacaq:
- Alget
- Əzizkənd
- Qızılhacılı
- Kürtlər
- Böyük Muğanlı
- Ləjbəddin
- Birinci Kosalı
- Qaçağan
- Sadaxlı
- Mollaoğlu
- Opreti
- Tamarisi
Layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan işlərin ümumi
təxmini dəyəri 256 000 lari təşkil edir.
Müqaviləyə əsasən, xidməti "Ligia-2006" MMC həyata keçirəcək.
Müqavilənin dəyəri 11 520 lari (ƏDV-siz) təşkil edir, layihə
sənədləri isə 45 gün ərzində hazırlanmalıdır.
Texniki tapşırıq vəziyyət planının, işıqlandırma şəbəkəsi
sxemlərinin, smeta sənədlərinin, ekspertizanın müsbət rəyinin və
digər zəruri layihə materiallarının hazırlanmasını əhatə edir.
Həmçinin, layihə müəllifi işlərin gedişatı zamanı müəllif
nəzarətini
həyata keçirməli olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.