Saimerlo uşaq bağçasının tikinti işlərinin 40%-i tamamlanıb

Saimerlo kəndində 120 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasının tikinti işlərinin 40%-i tamamlanıb. Meriyadan “Marneuli” radiosuna verilən məlumata görə, müqaviləyə əsasən işlər 10 dekabr 2018-ci ilədək tamamlanmalıdır.

Lakin təlim-tərbiyə prosesinin nə zaman bərpa olunacağı məlum deyil.

Saimerlo uşaq bağçasının tikinti sənədlərindən aydın olur ki, uşaq bağçasının binasında dörd tam qrup bloku və digər köməkçi otaqlar olacaq. İkinci mərtəbədə isə uşaq qrupları ilə birlikdə rəhbərliyin otağı və idman/incəsənət tədbirləri üçün zal olacaq.

Bina məhdud fiziki imkanlı şəxslər üçün uyğunlaşdırılacaq.

Layihə yerli büdcədən maliyyələşdirilir və layihənin müqavilə dəyəri 587 000 lari təşkil edir.

Uşaq bağçası açılanadək isə uşaqlar Saimerloda kəndindəki şəxsi evə sığınacaqlar. Artıq iki ildir ki, uşaqlar həmin evdə təlim-tərbiyə alırlar. Onlar bina qəzalı vəziyyətdə olduğu üçün köhnə uşaq bağçasını tərk etməyə məcbur olmuşdular.

Mənbə: "Marneuli" Radiosu

 

Print ელ. ფოსტა
თეგები: uşaq bağçası saimerlo Marneuli
FaceBook Twitter Google