Marneuli-Qırmızı Körpü xətti üzrə işləyən amortizasiya olunmuş
avtobus bu il dəyişdirilməyəcək.
“Marneuli” radiosuna bu barədə məlumatı Marneuli meriyasının
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze verib.
Marneuli-Qırmızı Körpü xətti üzrə işləyən avtobusun 2019-cu ildə
dəyişdirilb-dəyişdirilməyəcəyi də məlum deyil.
Meriyadan aldığımız məlumata görə, bu mərhələdə smeta sənədinin
hazırlanması davam edir, bundan sonra isə müvafiq tədbirlər həyata
keçiriləcək. Gələn il yeni avtobusların alınması xərclərinin
nəzərdə tutulması üçün meriyada yeni nəqliyyatların alınması
məsələsi gündəlikdə durur. Lakin meriyada Marneuli–Qırmızı Körpü
xətti üzrə işləyən avtobuslar dəyişəcək, ya yox, bu barədə dəqiq
məlumat vermirlər.
Mövzu ilə bağlı digər xəbərlər:
Taxta ilə təmir edilmiş
bələdiyyə avtobusu