Ailə üzvləri tərəfindən yaralanmış qadının vəziyyəti ağırdır
Marneulidə yaralanmış qadının vəziyyəti stabil
ağırdır.
“Geo
Hospitals” MMC-dən “Marneuli” radiosuna verilən məlumata görə,
qadın ikisi ürək-döş nahiyəsindən, biri isə boyun nahiyəsindən
olmaqla üç yerindən yaralanıb.
Qadını yaralamaqda ittiham olunan şəxslər onun ailə üzvləridir.
Qadın Marneulidə yerləşən “Geo Hospitals” klinikasına səhər
saatlarında gətirilib.
Marneulidə bıçaqla xəsrət yetirlən qadın güman edildiyinə görə,
cinayətkar onun ailə üzvləridirlər. Onlar qadına yad şəxsin onun
şəxsi məlumatını internetdə yayımlamasına görə xəsarət
yetiriblər.
"Marneuli" radiosunun məlumatına görə, ailəli olan qadın başqa kişi
ilə yazışırmış və güman ki, intim xarakterli fotolar göndərirmiş.
Kişi isə onu fotoları yayımlayacağı ilə hədələyib və əvəzində
məbləğ tələb edib.
"Marneuli" radiosunun etibarlı mənbədən aldığı məlumata görə, qadın
məbləği yalnız bir dəfə ödəyə bilib. Fotolar haqqında məlumatı
qızın ailə üzvləri də biliblər və qadına zorakılıq zəminində
xəsarət yetiriblər. Marneuli polis şöbəsinə zərərçəkənin anası və
qardaşı da gəliblər. Onlar cinayəti etiraf ediblər. Ana bildirir
ki, qadını o, yaralayıb, qardaşı isə cinayəti öz üzərinə
götürür.
Daxili İşlər Nazirliyi artıq cinayət məcəlləsinin 11-ci maddəsinin
117-ci bəndi ilə istintaqa başlayıb. Həmin maddə zorakılıq
zəminində qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutur. Bu işin
araşdırılması üçün yeni maddə də əlavə oluna bilər. Qadın ifadə
verərsə və onun fotolarını yayan şəxs aşkarlanarsa, ola bilsin
157-ci maddəsi ilə istintaq cinayət məcəlləsinin başlasın.
"Maddə 157. Şəxsi həyatı əks etdirən məlumat və ya şəxsi
göstəricilərə əl qoymaq:
1. Əhəmiyyətli dərəcədə zərərə səbəb olan, şəxsi həyatı əks etdirən
məlumat və ya şəxsi göstəricilərin qanunsuz şəkildə əldə edilməsi,
saxlanılması, istifadəsi, yayımlanması və ya əlçatanlığın başqa
şəkildə təmin edilməsi - cərimə və ya iki il müddətinə islah işi
ilə, yaxud üç ilə qədər azadlıqdan məhrum edilmə ilə
cəzalandırılır.
2. Əhəmiyyətıi dərəcədə zərərə səbəb olan, şəxsi həyatı təsvir edən
məlumat və ya şəxsi göstəricilərin qanunsuz şəkildə istifadəsi və
ya hansısa üsulla yayımlanan materialın, internet, həmçinin, sosial
şəbəkə, KİV və ya başqa ictimai nəşr vasitəsilə yayımlanması -
cərimə və ya iki il müddətinə islah işi və yaxud dörd ilə qədər
azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.
3. Bu maddənin birinci və ya 2-ci hissəsi ilə nəzərdə tutulmuş
hərəkət təkrar törədilərsə:
a) Öz maraqları ilə;
b) Dəfələrlə;
Cərimə və ya beş ilə qədər azadlığın məhdudlaşdırılması və yaxud
həmin müddətə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.