Marneulidə "ağıllı kameralar"ın montaj edilməsinə başlanılıb
Marneulidə ağıllı kameraların montaj
edilməsinə başlanılıb.
Meriyadan izah edirlər ki,
Marneulidə cəmi 201 kamera yerləşdiriləcək.
85 kamera texniki baxışdan keçməmiş avtomobilləri tanıyacaq.
Ağıllı kameraların montajı Marneulidə iyul ayına kimi davam
edəcək.
Qeyd edək ki, 14 yanvardan 17 yanvara qədər dövri texniki baxışdan
keçməmiş avtomobillərin cərimələnməsi prosesinə ağıllı kameralar da
qoşulub və ümumilikdə 6654 cərimə yazılıb.
Kontaktsız patrullaşdırmanın elektron sistemi yol hərəkət qaydasını
pozanları cərimələyəcək. Əsasən videokamera beş növ pozuntunu qeydə
alacaq: qırmızı işıqda keçmək, ikiqat xətti kəsmək, bələdiyyə
nəqliyyatının xəttində hərəkət etmək, hərəkətə qarşı istiqamətdə
hərəkət etmək və yolverilən normanı aşmaq və orta sürəti
pozmaq.
Yol hərəkət qaydasını pozanların telefonuna cərimə haqqında qısa
mətnli mesaj göndəriləcək. Cərimə ödənilmədiyi halda cərimə
qeydiyyat ünvanına 2 dəfə göndəriləcək. Bundan sonra isə artıq
girov ödənəcək. Video cərimələr bal sisteminə təsir etmir.