Meriya küçə reklamlarından ildə 60 000 lari götürəcək
Meriya küçə
reklamlarından ildə 60 000 lari götürməyi
planlaşdırır.
Bu
barədə məlumat bu gün, 24 yanvar tarixində Bələdiyyə Məclisinin
iclasında səsləndirildi. Merin müavini Laşa Lobjanidzenin dediyinə
görə, Marneulidə elektron tablolar yerləşdirilə bilər ki, bununla
da meriya əlavə gəlir götürə bilər.
“Meriya küçə reklamları ilə bağlı bir neçə il öncə
qaydalar qəbul etmişdi və lisenziyanın müddəti üç il idi. Lakin biz
hesab edirik ki, reklam bazarında mövcud olan şirkətlər üçün 15
illik lisenziya daha məqsədəuyğundur. Küçə reklamlarından meriya
vergi qismində ildə 60 000 lariyədək vəsait əldə edər və müxtəlif
layihələrin həyata keeçirilməsi üçün əlavə vəsaitimiz
olar”, – Laşa Lobjanidze bildirir.
24 yanvar tarixində Bələdiyyə Məclisinin iclasında cəmi 9 məsələ
müzakirə olundu və bu məsələlərlə bağlı müsbət qərarlar verildi.
Daha ətraflı “Facebook” səhifəmizdə yayımlanmış videodan məlumat
ala bilərsiniz.