Qızılhaclı kəndində yerləşən mağazaların birində ehtiyacı olanlara pulsuz çörək verilir
Marneuli rayonun Qızılhaclı kəndində alış-veriş mağazalarının birində sosial cəhətdən yardıma ehtiyac olan sakinlərə "PULSUZ ÇÖRƏK" verilir.

Bu haqqda məlumatı jurnalist Ceyhun Narzalov şəxsi facebook səhifəsində paylaşıb.

O, qeyd edib ki, Qızılhaclı kəndində yerləşən mağaza Alim İmanova məxsusdur və həmin mağaza "SOCAR QAZ" yanacaq doldurma məntəqəsinin qarşısında yerləşir.

Çörək piştaxtasının qarşısında bu cür yazı qeyd edilib "İmkansızlara çörək pulsuzdur". Ehtiyacı olan hər kəs çəkinmədən çörək götürə bilər.



Fotonun Müəllifi: Əli Murdaza Əliyev
Print ელ. ფოსტა
FaceBook Twitter Google