Marneulidə 40 yaşlarında bir nəfəri qatar vurub
Marneulidə 40 yaşlarında bir nəfəri qatar vurub.
Hadisə 8 fevral tarixində Mağalaşvili körpüsünün altında baş verib. Zərərçəkən hələ də Marneulinin "Geo Hospitals" klinikasında müalicə olunur.

Daxili İşlər Nazirliyindən Marneuli radiosuna verilən məlumata görə, Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə istintaq başlayıb. Həmin maddə dəmiryolu təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Biz "Geo Hospitals" klinikasından zərərçəkənin sağlamlıq durumu ilə bağlı cavab gözləyirik.

Qeyd edək ki, bu həmin yerdə baş vermiş ikinci belə hadisədir. Bundan əvvəlki hadisə isə ölümlə nəticələnmişdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია