Marneulidə 5 canavar və 10 çaqqal məhv ediləcək
Marneuli bələdiyyəsində 10 çaqqal və 5 canavar öldürüləcək. Bu haqda məlumatı 8 fevralda baş tutan bələdiyyə məclisinin iclasında bildiriblər. Meriyanın verdiyi məlumata görə, Dəmyə-Görarxı və Dioqnisi kənd sakinləri çaqqal və canavaların hücumu ilə bağlı meriyaya yardım üçün müraciət ediblər.

Bizimlə söhbət zamanı Dioqnisi kənd müvəkkili Mirza Jorjolianinin dediyinə görə, kənddə çaqqal problemi həqiqətən də var.

“Əhali şikayət edir ki, çaqqallar məntəqəyə girirlər. Bildiyimə görə dişləmə faktları olmayıb. Ümumiyyətlə hər yerdə çaqqal var. Yalnız Dioqnisidə deyil bütün bələdiyyədə onların sayı artıb” - Mirza Jorjoaliani deyir.

Dəmyə Görarxının müvəkkili Şükür Abazov da canavar və çaqqalların sayının çoxaldığını qeyd edir.

“Canavarlar həqiqətən problem yaradır və bu yeni xəbər deyil. Keçən il də oxşar vəziyyət idi. Beş canavar var idi və əhali özbaşına onları öldürdü. Yedd səkkiz aydır bundan şikayət edirik. Kimin əkin sahəsi var hamı qorxur” - Şükür Abazov deyir.

Bizimlə söhbət zamanı meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze qeyd etdi ki, əhalinin məktubu ilə meriya Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə əlaqə saxlayıb və onlar qeyd olunan problemlə bağlı hüququ bələdiyyəyə veriblər ki, problemi yerli özünüidarəetmə həll etsin.

Öldürülmə hüququ 10 çaqqal və 5 canavar üçün verilib. Yaxın gələcəkdə xüsusi işçi qrupu toplanacaq və çalşmağa başlayacaqlar.

Qeyd etdiyimiz kimi mövcud olan problem geniş miqyaslıdır və meriya problemi əhalinin məktubu əsasında həll edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია