სიახლე
Müstəqil mətbuatın siyasi güclərdən qorunması - Marneulili jurnalistlərin görüşü keçirilib

Bu gün, 13 fevral tarixində Mülki Məşğulluq Mərkəzində media vasitələrin nümayəndələri ilə görüş keçirildi. Görüşdə media polarizasiya məsələsi müzakirə olunub.

Bizimlə söhbət zamanı Jurnalistika üzrə resurs-mərkəzin sədri Natia Kupraşvili izah etdi ki, ölkənin polarizasiyalaşdırılması media sisteminə böyük problemlər yaradır.

“Belə kəskin siyasi polarizasiya olduğu halda, bu media polarizasiyasına da təsir edəcək və lap elə sonuncu seçkilərin monitorinq nəticələri göstərir ki, bu polarizasiya daha da kəskinləşir. İkinci turdan əvvəlki dövrün monitorinqlərinə baxsaq görərik ki, faciəvi vəziyyət yaranıb. Bu faktiki olaraq cəmiyyətin kəskin bölünməsinə səbəb olub və bu ölkə üçün təhlükəlidir. Ona görə də bizim görüşlərin məqsədi odur ki, bizim həmkarla, jurnalistlərlə birgə bu problemlə mübarizə mexanizmləri və müstəqil medianın gücləndirilməsi haqqında danışaq” - Natia Kupraşvili deyir.

Görüşdə media vasitələri və QHT sektoru nümayəndələri öz rekomendasiyalarını verdilər. Rekomendasiya paketi iştirakçılar arasında paylanacaq.

Oxşar görüşlər regionlarda artıq ikinci dəfədir ki, keçirilir. Kupraşvilinin sözlərinə görə, bir il ərzində media polarizasiya daha da pisləşib və bunun üçün yeni müzakirələrə və çıxış yolunun axtarılmasına ehtiyac var.
Layihəni “Democracy Reporting International” və Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası ilə əməkdaşlıqla həyata keçirir.

 

FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია