Marneulidə diskriminasiya məsələləri haqqında müzakirə aparıblar
Bu gün, 25 fevralda Marneulidə, Gürücstanda diskriminasiya, nifrətlə törədilən cinayət və nifərtin dilinə qarşı mübarizə mövzusunda görüş keçirildi. Görüşdə QHT və müxtəlif struktur nümayəndələri iştirak edirdilər. Onlar öz fəaliyyətləri ilə bağlı danışıblar.

Xalq Müdafiəçisi tərəfindən isə əsas söhbət diskriminasiya ilə mübarizəyə qarşı qanunvericiliyə aid idi. Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamentinin rəhbəri Keti Şubaşvili görüşün əhəmiyyətli olduğunu qeyd edir.

“Xalq Müdafiəçisinin mandatından, Xalq Müdafiəçisinin çalışdığı əsas tendensiyalardan və xalq müdafiəçisinin bərabərlik mövzusunda həyata keçirdiyi maarifləndirmə haqqında aktivliklərdən danışdıq” – Keti Şubaşvili deyir.

Mülki İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəlilov hesab edir ki, oxşar formarda görüşlər vacibdir və tez-tez keçirilməlidir.

“İştirakçıların sualları çox idi. Bizi DİN-nin, Prokurorluğun, Ədliyyə Nazirliyi, Xalq Müdafiəçisi Aparatının nə planlaşdırdığı maraqlıdır ki, birgə və ya yarılıqda ne edə bilərik. Mənim tövsiyyəm odur ki, maksimum dərəcədə zorakılıq, diskrimniasiya haqqında çox məlumat versinlər ki, müraciətlər daha çox olsun və reaksiya da adekvat şəkildə göstərilsin. Ümumiyyətlə yalnız reaksiya deyil, müəssisələrin prevensiyaya istiqamətlənməsi lazımdır. Maarifləndirmə işi də vacib mövzulardan biri olmalıdır ki, müəssisələr məsələlər üzərində çalşmağa başlasınlar. Biz əməkdaşlıq üçün hazırıq” - Zaur Xəilov deyir.

Bugünkü görüş Xalq Müdafiəçisi Aparatının və Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutdu. Oxşar növ görüşlər bu gün Marneuli meriyasının əməkdaşları ilə də keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები