Marneulidə aşkarlanmış abidəyə mədəni irsi abidə statusu veilib
Marneuli bələdiyyəsinin Qasımlı kəndində e.ə. V-IV əsrlərə aid eneolit sığınacağa 5 fevral 2019-cu il tarixində Gürcüstan Milli Mədəni İrsin Qorunması Agentliyinin direktoru Nikoloz Antadzenin müvafiq əmri ilə mədəni-irsi abidə statusu verilib.

Mağara dağın yamaclarında yerləşir. Yerli sakinlər buranı “Dəmirqaya” adlandırırlar. Mağaranın ölçüləri kiçikdir – təxminən 5.5x7.3m.-dir (daxili sahə - 3.6x5.5m). Mağaranın daxilində mərkəz və şərq hissəsində (fasad tərəfdən) qırmızı rənglə çəkilmiş təsvirlər (ölçüləri 10-20 sm.) var ki, bunlardan bəziləri xarab olub və silinib, lakin bunlardan bəziləri aydın seçilir.



O cümlədən zoomorf (maral və digər heyvanlar) və həndəsi təsvirlər var ki, bunların da oxunması təsvirlərin yaxşılaşdırılması üçün istifadə olunan Dstretch kompüter proqramı ilə mümkün olub. Divarının nazik olan hissəsində kiçik dağılmaları nəzərə almasaq, abidədə ciddi xəsarətlər yoxdur. Xəsarətlər əsasən təsvirlərdə var ki, buna da insanların təsiri olub.

Gələcəkdə abidəyə belə zərər vurulmasının qarşısının alınması üçün onun ətrafının xüsusi hasara alınması və məlumatlandırıcı lövhələrin vurulmasına ehtiyac var ki, yerli sakinlər mədəni irsi abidəyə ehtiyatla yanaşsınlar. Bu Gürcüstanda qayalıqda düzəldilmiş yeganə süni sığınacaqdır ki, qədim qaya daşlarında təsvirlərin izləri qalıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები