Merliyə müstəqil namizəd Marneuli seçki dairə komissiyasını qeydiyyatda ona maneçilik etməkdə ittiham edir
Əli Bədirov Marneuli seçki dairəsini merliyə müstəqil namizəd olaraq qeydiyyat olmaqda ona maneçilikdə ittiham edir. Qeyd olunan məlumatı Bədirov öz facebook səhifəsində yayımlayıb və müxtəlif QHT-ə yardım üçün müraciət edib. Bizimlə söhbət zamanı Əli Bədirov deyir ki, Marneuli seçki dairəsi onun imzaların toplanmasına cavabdeh olması faktına qarşıdır.

“Mənim imzam çox yerdə var. Yəni mən cavabdehəm ki, imzalar düzgün tərtib olunub, mənim imzamın olması hansısa pozuntu deyil. Orada hesablama prosesində mənim təşəbbüs qrupumun üzvü iştirak edirdi və ona deyiblər ki, bunu hesab edə bilmərik, müstəqil namizədin imza atmağa hüququ yoxdur. Tələb edirəm ki, bunun yazıldığı hansısa sənədi mənə göstərsinlər. Həqiqətdə bu pozuntu deyil və buna görə məni məhdudlaşdırmamalıdırlar” - Əli Bədirov deyir.



Qeyd olunan faktla bağlı görünür ki, Marneuli seçki dairəsi komissiyasının sədri Koba Asanidze mövqeyini dəyişib və deyri ki, Əli Bədirovun təşəbbüs qrupunun imzalarını qəbul edəcəklər, ancaq qanunvericiliklə nəzərə alınıb ki, yalnız təşəbbüs qrupunun imzalarını qəbul edəcəklər, ancaq MSK imzalara cavabdeh olan şəxs olaraq namizədin özünü də istisna etmir.

“Qanunla imzalara cavabdeh şəxs təşəbbüs qrupunun üzvləridir, namizəd deyil, amma bir halda ki, başqa dairələrdə belə hallar qeydə alınıb, biz bu imzaları qəbul edirik. Heç bir problem olmayacaq, siyahılar qəbul olunub, yetərli sayda imza gətiriblər, yoxlanılır və hansısa səhv qeydə alınarsa, iki gün vaxt verəcəyik ki, səhvi düzəltsinlər və sonra qeydiyyat olacaq. Niyə problem yaradırlar. Hansısa qaynar xəttə və radioya zəng vurana kimi mənə zəng vura bilərlər və hər şeyi izah edərəm”, – İakob Asanidze deyir.

Bədirov onu da qeyd edir ki, onun çox tərəfdarlarını qorxudublar, ancaq bunun arxasında kimin durduğu haqda hələ danışma istəmir, amma əminliklə deyir ki, onun müstqəil namizəd olaraq gəlməsi qaçılmazdır.

Bədirov hələlik Marneuli meri olmaq istəyən yeganə müstəqil namizəddir. Növbədən kənar mer seçkiləri 19 mayda baş tutacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები