Marneulinin məktəblərinə yeni direktor
əvəzedicisi təyin olunub. Bu haqda məlumatı Marneuli Resurs
Mərkəzinin rəhbəri Kənan Ömərov verdi.
Onun sözlərinə görə, Candar və Bəylər kəndlərində
yerləşən ictimai məkəblərdə direktor vəzifəsi qeyri-rəsmi şəkildə
diketor əvəzedicisi tərəfindən icra olunurdu. Candar kəndinə
direktor vəzifəsini Vüsal Bayramov, Bəylər kəndində isə Zamir
İbrahimov əvəz edirdi. Daha əvvəl məktəbi qeyri-rəsmi şəkildə idarə
edən şəxslər dəyişməyərək qalmaqdadır. Lakin Vüsal Bayramov və
Zamir İbrahimov hal-hazırda öz vəzifələrində rəsmi şəkildə təyin
olunublar.
Kənan Ömərov onu da qeyd etdi ki, əvəzedicilər
daha əvvəl maaşsız şəkildə işləyirdilər, vəzifələri rəsmi şəkildə
dövlət tərəfindən təsdiqləndikdən sonra onlar maaş alacaqlar. Onun
sözlərinə görə, yaxın günlərdə Təhsil Nazirliyinin qərarı ilə
direktoru olmayan bütün məktəblərə sertifikatlı direktorlar təyin
olunacaq.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin Candar,
Bəylər, Kürtlər, Tsopi, Ağqula, Ağ körpü və Algeti 2 saylı ictimai
məktəblərinin direktorları yoxdur. İllərdir ki, həmin məktəblərdə
nizam-intizam işlərini direktorun əvəzedicisi həyata keçirir.