Marneulililərin mənə dəstəyi çox böyükdür, onları tək qoya bilmərəm və mən siyasətə davam edəcəm
"Marneulililərin mənə dəstəyi çox
böyükdür, onları tək qoya bilmərəm və mən siyasətə davam
edəcəm" - bu sözləri "Marneuli" radiosu ilə müsahibəsi
zamanı növbədənkənar mer seçkilərində müstəqil namizəd olan Əli
Bədirov dedi.
Əli Bədirov Marneulidə keçirilən növbədənkənar mer seçkilərini
mənfi dəyərləndirir. Onun sözlərinə görə seçkilər ədalətsiz şəkildə
keçirilib və bir çox məntəqələrdə Bədirova məxsus olan bulletenlər
ləğv olunub. Onun sözlərinə görə Marneulililər səhv qərar
veriblər.
Bədirov bildirdi ki, - "Mən özümü məğlub
olmuş hiss etmirəm, mən partiyadan deyiləm və qısa xərclərlə
namizədliyimi irəli sürdüm və bu mənim üçün əsas qalibiyyətdir. Əsl
mer partiyaya deyil, xalqa xidmət
etməlidir"
Əli Bədirov müstəqil namizəd olaraq yeniliyə imza atdığını düşünür
və deyir ki, xalqın müstəqil merə ehtiyacı var. O, həmçinin
Marneulili gənclərin ona dəstək olduğundan danışdı və siyasətə
davam edəcəyini gənclərin ümidlərini doğuracağını, onları tək
qoymayacağını dedi.
Əli Bədirov 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak
edəcək. Ola bilsin ki, o, hər hansı partiya ilə namizədliyini irəli
sürsün.
19 may tarixində Marneulidə növbədənkənar mer seçkiləri keçirildi
və Müstəqil
namizəd Əli Bədirov 1.21% səs toplamışdı.
“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın namizədi Zaur Darğallı isə
seçicilərin 78.6%-nin etimadını qazanaraq qalib olmuşdu.